Tərtər rayon Heydər Əliyev Mərkəzi 25 Noyabr Kəlbəcər rayonun azadlığı ilə bağlı “Azad Kəlbəcər” adlı dəyirmi masa keçirildi.

Tərtər rayon Heydər Əliyev Mərkəzi 25 Noyabr Kəlbəcər rayonun azadlığı ilə bağlı “Azad Kəlbəcər” adlı dəyirmi masa keçirildi.
Tərtər rayon Heydər Əliyev Mərkəzi 25 Noyabr Kəlbəcər rayonun azadlığı ilə bağlı “Azad Kəlbəcər” adlı dəyirmi masa keçirildi. Tədbirə şəhid Rzayev Ürfətin ailəsi ,Kəlbəcər məktəbinin müəllimləri, Kəlbəcər rayon sakinləri dəvət edilmişdi. Tədbir şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutu ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri giriş sözüylə açan Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova bu gün münasibəti ilə ilk öncə Kəlbəcər rayon sakinlərini sonra bütün Azərbaycanlıları təbrik etdi. Qeyd etdi ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Belə ki, noyabrın 25-də rayon artıq işğaldan azad olundu. İşğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu. Ulu öndər Kəlbəcər haqqında qeyd edir ki, Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm Kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır”. Bu gün o gündür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan belə daxil olub. Sonra Kəlbəcər rayon sakini, şəhid Rzayev Ürfətin atası Rzayev Novruz Kəlbəcər rayonu haqqında olan təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü. Bundan başqa tədbirimizin qonaqları və mərkəzimizin əməkdaşlarıda çıxış etdilər. Tədbirin sonunda Kəlbəcər rayonunun gözəlliklərini özündə əks etdirən videoçarx göstərildi.