Tərtər rayon Heydər Əliyev Mərkəzi Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə ulu öndər Heydər Əliyevin 12 Dekabr vəfatının 18-ci il dönümü ilə əlaqədar olaraq “ Heydər Əliyev müasir Azərbaycan gəncliyinin banisidir” adlı dəyirmi masa keçirdi.

Tərtər rayon Heydər Əliyev Mərkəzi Gənclərin İnkişaf  və  Karyera Mərkəzi ilə birgə ulu öndər Heydər Əliyevin 12 Dekabr vəfatının 18-ci  il dönümü ilə əlaqədar olaraq “ Heydər Əliyev müasir Azərbaycan gəncliyinin banisidir” adlı dəyirmi masa keçirdi.
Tərtər rayon Heydər Əliyev Mərkəzi Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə ulu öndər Heydər Əliyevin 12 Dekabr vəfatının 18-ci il dönümü ilə əlaqədar olaraq “ Heydər Əliyev müasir Azərbaycan gəncliyinin banisidir” adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə açan Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova ilk öncə gəncləri salamladı. Sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Heydər Əliyevin gənclərlə bağlı fikirlərinin əks edildiyi videoçarx göstərildi. Səlimə xanım qeyd etdi ki, ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinə böyük qayğı və diqqətlə yanaşmışdır. Heydər Əliyev deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu gün ki Azərbaycan gəncliyi Heydər Əliyevin şah əsəridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 44 günlük Vətən müharibəsi dövründə Rəşadətli Azərbaycan ordusunun əsas qüvvəsi olan Azərbaycan gənclərinin qələbəsi bunun bariz nümunəsidir.