" Bacarıqlı əllər " dərnəyi

2018-ci ildən Tərtər rayon Heydər Əliyev Mərkəzində "Bacarıqlı əllər" dərnəyi fəaliyyət göstərir. Dərnəyin yaradılmasında əsas məqsəd bacarıqlı uşaqların və yeniyetmələrin qabiliyyətini ortaya çıxarmaqdır. Məşğələlər mərkəzin əməkdaşı Ülviyyə Süleymanlı tərəfindən aparılır. Həftədə 2 dəfə olmaqla 2-ci və 4-cü günlər keçirilir. Dərnəyin 9 nəfər üzvü var. Onların hazırladıqları əl işləri " Bölgələrdən-bölgələrə " mədəniyyət festivalında nümayiş etdirilir.

"Həvəskar aktyorluq və bədii qiraət " dərnəyi

Dərnək 2018-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Dərnəyin 11 nəfər üzvü var. Məşğələlər mərkəzin əməkdaşı Əlizadə Jalə tərəfindən aparılır. Məşğələlər təsdiq olunmuş proqram vasitəsi ilə həftədə 2 dəfə ( 3-cü və 5-ci günlər ) keçirilir. Dərnək üzvləri mərkəzin hazırladığı tədbirlərdə və rayon tədbirlərində iştikar edirlər. Xüsusi qabiliyyətli məktəblilərə Heydər Əliyev Mərkəzi tərəfindən " Fəxri fərman " verilir.