Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Tərtər rayon Heydər Əliyev Mərkəzi 2012-ci il oktyabr ayının 7-dən etibarən fəaliyyətə başlamışdır. Cənab Prezident İlham Əliyev Tərtər rayonuna səfər etmiş və mərkəzin açılışında iştirak etmişdir.

Mərkəzin ümumi sahəsi 1127 m2 dir. Bina 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə elektron kitabxana, komputer otaqları, rəsm studiyası, direktor otağı, konfrans zalı, xarici dil otağı və texniki otaqlardan ibarətdir. 2-ci mərtəbədə isə Ulu Öndərin həyat ve fəaliyyətini özündə əks etdirən 14 guşədən ibarət ekspozisiya zalı yerləşir.

Heydər Əliyev Mərkəzi Ümummilli lider Heydər Əliyevin irsi, onun həyat və fəaliyyəti ile bağlı eksponat, kino, video və foto sənət nümunələrini toplayan, qoruyan, nümayişini və elmi cəhətdən öyrənilməsini təşkil edən, gənclərin və yetişməkdə olan nəslin Heydər Əliyev ideaları, milli vətənpərvərlik ruhunda tərbiyəsinə, onların mənəvi və intellektual inkişafına kompleks yanaşmanı təmin edən mədəniyyət, təhsil və elmi tədqiqat müəssisəsidir.

Bu gün Heydər Əliyev mərkəzinin fəaliyyəti Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və eləcədə yeniyetmə və gənclərdə bilik və bacarıqların artırılmasına, xarici dillərin öyrənilməsinə, elektron kitabxanadan geniş istifadə olunmasına geniş imkanlar açır.

Tərtər rayon Heydər Əliyev Mərkəzinin strukturu əsasən 2 hissədən ibarətdir. 1 ci hissə–Ekspozisiya bölməsi; Mərkəzin ekspozisiya zalı ümumilikdə 157 fond vahidindən ibarətdir. 1 büst, 14 guşə və bu guşələrdə 156 sayda eksponat yerləşdirilmişdir. Bunlardan 106 fotoşəkil, 25 vərəq tipli sənət, 25 kitab və disklərdən ibarətdir.

2-ci hissə; Tədris, təlim-tərbiyə və kütləvi tədbirlər bölməsi (Heydər Əliyev dərsləri, kurslar, dərnəklər, nigah mərasimləri, müxtəlif mövzulu tədbirlər, iclaslar, konfranslar, dəyirmi masalar, rəsmi görüşlər).

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını, Milli Məclisin qərarlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Tərtər rayon İHB-nın sərəncamlarını həyata keçirmək məqsədi ilə Tərtər rayon Heydər Əliyev Mərkəzində təbliğatın bütün vasitələrindən lazımı səviyyədə istifadə edilir.

Tərtər rayon Heydər Əliyev Mərkəzində 2014-cü ildən etibarən nigah mərasimləri qeyd olunmağa başlayıb.

Hazırda Tərtər rayon Heydər Əliyev Mərkəzində “Bacarıqlı əllər”, “Həvəskar aktıyorluq və bədii qiraət” dərnəkləri, Komputer və xarici dil kursu fəaliyyət göstərir. Tərtər rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı tədbirlər, mühazirələr, tarix dərsləri, ekskursiyalar, hərbi vətənpərvərlik, dini radikalizm, narkomaniya, erkən nigah, qadın zorakılığı, icra hakimiyətinin təşkilatçılığı ilə rayon tədbirləri, Nazirlərin qəbulu, Heydər Əliyev dərsləri, dərnəklər, slaytların yığılması, şeir, rəsm müsabiqələri, bilik müsabiqələri, dəyirmi masalar, təqdimatlar, kitab sərgiləri, filmlərin nümayaşi, məktəblilərlə görüş keçirilir.

Mərkəzdəki “Bacarıqlı əllər” dərnək üzvlərinin əl işləri “Bölgələrdən-bölgələrə” mədəniyyət festifallarında nümayiş etdirilir. Mərkəzin elektron kitabxanasında 1149-sayda kitab mövcudur. MKS-nin 1 saylı filialı da 2017-ci ildən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir.

Hazırda Tərtər rayon Heydər Əliyev Mərkəzinin tarif cədvəli üzrə 14 ştat vahidi vardır. Keçrilən tədbirlər haqqında mütəmadi olaraq məlumatlar Yeni Tərtər, Azərbaycan qəzetlərində, www.mct.gov.az, www.bölgexeber.com, http://barda.mctgov.az ve s. sayıtlarında verilir. Mərkəzin facebook, instagram, səhifələrinə yerləşdirilir.