Mərkəzin binası

Mərkəz 2012-ci il oktiyabr ayının 7-dən etibarən fəaliyyətə başlamışdır. Cənab Prezident İlham Əliyev Tərtər rayonuna səfər etmiş və mərkəzin açılışında iştirak etmişdir. Mərkəzin ümumi sahəsi 1127 m2 dir.

Bina 2 mərtəbədən ibarətdir.

1-ci mərtəbədə elektron kitabxana, komputer otaqları, rəsim studiyasi, direktor otağı, konfrans zalı, xarici dil otağı və texniki otaqlardan ibarətdir.

2-ci mərtəbədə isə Ulu Öndərin həyat ve fəaliyyətini özündə əks etdirən 14 guşədən ibarət ekspozisiya zalı yerləşir.

Konfrans zalı- İctimai-siyasi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Zal 45 oturacaqdan ibarətdir.

Ekspozisiya zalı - Ulu öndər Heydər Əliyevin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotolar, sənədlər və kitablardan ibarətdir.

Elektron kitabxana- Asudə vaxtın dəyərləndirilməsi üçün rayon sakinlərinin və qonaqların xidmətindədir.

Komputer otaqları-yeniyetmə və gənclərin komputer bacarıqlarına yiyələnmələri üçün fəaliyyətdədir.

Rəsm studiyası - xüsusi qabiliyyətli yeniyetmələrin bacarıqlarını nümayiş etdirmək üçün fəaliyyət göstərir.

Xarici dil otağı - məktəblilərin xarici dillərə marağını nəzərə alaraq fəaliyyət göstərir.

.