Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 25-28 may tarixlərində "Açıq qapı" günləri elan olunur

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 25-28 may tarixlərində "Açıq qapı" günləri elan olunur
Ramazan bayramı və Respublika Günü ilə əlaqədar elan olunmuş qeyri-iş günlərində vətəndaşların asudə vaxtının səmərəli təşkil olunması və Ulu Öndərin zəngin irsi ilə tanış olmaları məqsədi ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 25-28 may tarixlərində "Açıq qapı" günləri elan olunur. Fəaliyyətimiz Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcəkdir.