Yaxın mədəniyyət müəssisələri

Şahmat Məktəbi

Tikintisinə ötən ilin 2015-ci ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 şagirdlər idmanın qədim növü olan şahmatın sirlərini öyrənir.Prezident İlham Əliyev Şahmat Məktəbinin açılışını etmiş,yaradılan şəraitlə şəxsən tanış olmuşdur.

Şahmat məktəbi

Uşaq İncəsənət Məktəbi

27 sentyabr 2016 –cı ildə açılışı baş tutan Uşaq İncəsənət Məktəbinin üçmərtəbəli binasında 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunmaqla ən müasir standartlara cavab verir.

Kimyaçı Mədəniyyət Sarayı

Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayı" istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Üçmərtəbəli binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.

Sarayda xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq, təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri dərnəkləri də fəaliyyət göstərir.

Sumqayıt şəhər Tarixi Muzeyi

Sumqayıtın Tarixi Muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 13 saylı sərəncamı ilə yaradılmışdır.Hal-hazırda Muzey 14 000-dən artıq muzey əhəmiyyətli əşyanı gələcək nəsillər üçün qoruyur. Ümumi sahəsi 2680 kv.m olan muzey binasının xüsusi tərtibat verilmiş ekspozisiya, mühazirə, sərgi zalları, kütləvi tədbirlərin keçirilməsi üçün 165 yerlik akt zalı vardır.

Heydər Əliyev parkı

Sumqayıtda əsaslı təmir olunaraq yenidən qurulan istirahət məkanlarından biri də Heydər Əliyev parkıdır. Parkın ümumi sahəsi 8 hektardır. Bu park 1995-1996-cı illərdə salınıb.Əsaslı təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi genişləndirilərək 15 min kvadratmetrə çatdırılıb. Görülən işlər çərçivəsində parkın girişi və saat qülləsi yenidən qurulub. Burada Bayraq Meydanı da yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 67 metrdir.

Qeyd edildi ki, parkın ərazisində aparılan geniş abadlıq işləri çərçivəsində 5 mindən çox ağac əkilib, 25 min kvadratmetr ərazi yaşıllaşdırılıb. Şəhər sakinlərinin və qonaqların istirahəti üçün parkda hər cür şərait yaradılıb. Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi bu parkın ərazisində yerləşir.

Sumqayıt Gənclər Evi

Bu Gənclər Evi Prezidentin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. Binanın inşası üçün şəhərin 5-ci mikrorayon ərazisində 246 kvadratmetr torpaq sahəsi ayrılıb.

Gənclər evi aşağıda göstərilən istiqamət üzrə fəaliyyət göstərir.

- Vətənpərvərlik tərbiyəsi;
- İctimai həyatda iştirak;
- Asudə vaxt;
- Yaradıcılıq;
- Fərdi inkişafMövcud olan xidmətlər: Xarici dil kursları, Kompyuter kursları, Məktəbəqədər təhsil, İbtidai hazırlıq, Rəsm dərsləri, Şahmat dərsləri, Danışıq klubları, Gənclər üçün təlim və seminarlar, Elektron kitabxana, Ödənişsiz sınaq imtahanları

Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi

1957-ci ilin aprel ayından fəaliyyət göstərən Mərkəzdə akt, sərgi və rəqs zalları, kitabxana, iki qrim, 15 dərnək otaqları, 1 xor studiyası və aşağıdakı dərnəklər fəaliyyət göstərir:

- Bədii qiraət

- Təsviri incəsənət

- Dekorativ-tətbiqi sənət

- Modelyer-rəssam

- Dərzilik

- Bərbərlik

- Kompüter

- Uşaq xoru

- Xalçaçılıq

- Teatr

- Həyat bilgisi

- Xalq çalğı alətləri ansamblı

- İnstrumental ansambl və s.