Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin II mərtəbəsində fəaliyyət göstərən Elektron kitabxana Azərbaycanın kitabxana portalı sayılan Alisa proqramı ilə təchiz olunmuşdur. 16 userin eyni zamanda istifadə edə biləcəyi kitabxanada kitabların hər birinin pdf formatı mövcuddur. Kitabxanaya müraciət edənlər ödənişsiz tək şəxsiyyət vəsiqəsi ilə Heydər Əliyev, İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən nadir kitablar, eyni zamanda Azərbaycanın mədəniyyəti, elm-təhsil, ordu quruculuğu, təbiət elmləri, səhiyyə, din, dilçilik, kulinariya, incəsənət, memarlıq, kənd təsərrüfatı və müxtəlif səpkili kitablardan əyani və elektron formada istifadə edə bilərlər.