Heydər Əliyev və Sumqayıt

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki, lakin bir-birindən tamamilə fərqli ictimai-siyasi mühitdə ölkəmiz yüksək zirvələrə qalxa bilmişdir. Heydər Əliyev birinci dəfə ölkəmizə rəhbərliyə gələndə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycan sovet məkanında geridə qalmış respublikalardan biri idi. Məhz ulu öndərin sayəsində o illərdə Azərbaycan keçmiş ittifaqda ən qabaqcıl yerlərə çıxmış, sənaye respublikasına çevrilmişdi. O dövrdə yaradılmış potensial Azərbaycan üçün böyük imkanlar açmış və bu gün də müstəqil dövlətimizə xidmət göstərir.

Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin əlamətdar səhifələri yazılıb. Sözsüz ki, boz və şoran torpaqlarda xariqələr yaradan, səhranı şəhərə çevirən insan əməyidir. Ötən əsrin 70-ci illəri və 80-ci illərin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdardır. Bu dövrdə Heydər Əliyevin təşəbbüskarlığı sayəsində şəhər tərəqqi və dirçəlişin ən gözəl nümunələrindən birinə çevrilmişdir. İnsanlar böyük həvəslə talelərini bu gənc şəhərlə bağlayırdılar.

Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə 34 illik rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb və yeni inkişaf mərhələsinin başlanğıcı olub.

Sumqayıt ötən əsrin 30-cu illərinin sonunda salınsa da, məhz Ulu Öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində ona yeni nəfəs verildi. Özünəməxsus şəhər nümunəsinə çevrilən Sumqayıtın növbəti “memarı” möhtərəm Prezidentimiz İlham Əliyevdir. Ulu öndərin ideya və təşəbbüslərini məharətlə həyata keçirən cənab Prezidentin ardıcıl səyləri Sumqayıtı gözəl ünvanlardan birinə çevirib.2016-cı il 27 sentyabr Sumqayıt səfəri zamanı şəhərin hərtərəfli inkişafına bariz nümunə olan açılışlar həyata keçirdi.

Heydər Əliyevin Sumqayıt səfərləri :

1. 1971-ci il 7 aprel : Heydər Əliyev ilk dəfə olaraq 22 yaşlı Sumqayıta rəsmi səfər etmiş.Həmin gün o, SOV.İKP-nin XXIV qurultayında iştirak edən Ruminiya nümayəndə heyəti ilə birgə “Ülvi sintez ” zavodunda olmuş, sexləri gəzərək burxılan məhsulların keyfiyyəti, insanların iş və məişət şəraiti ilə maraqlanmış, məsləhət və tövsiyyələrini vermişdir.

2. 1973-cü il 30 noyabr : Azərbaycan SSR KP MK-nın I katibi Heydər Əliyev 2-ci dəfə Sumqayıta səfər etdi. Bu dəfə o, şəhərin metallurgiya nəhəngi olan V.İ.Lenin adına Azərbaycan Boru-prokatı zavodunda olmuş, metallurqlarla görüşərək öz irad və təkliflərini bildirmişdir.

3. 1974-cü il 31 yanvar : Sumqayıta səfər edən Heydər Əliyev şəhər partiya təşkilatının XVIII konfransında iştirak edərək proqram xarakterli, dərin məzmunlu nitq söyləmişdir.

4. 1974-cü il 28 fevral : Heydər Əliyev SSSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini N.Tixanovla birlikdə şəhərimizə gəlmiş, Azərbaycan qara metallurgiya sənayesinin flaqmanı olan Boru-prokat zavodunda və Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyində olmuşdur.

5. 1974-cü il 27 noyabr : Azərbaycan SSR KP MK-nın I katibi Heydər Əliyev Sumqayıt şəhərinin 25 illiyinə həsr olunmuş yubiley sərgisində iştirak etmək üçün Sumqayıta gəlmişdir. Şəhər Partiya Komitəsinin və Şəhər Sovetinin yığıncağında nitq söyləyərək Sumqayıtın planlaşdırılması, yaşıllaşdırılması, arxitekturası işlərinə yüksək qiymət vermişdir.

6. 1978-ci il 25 yanvar : Sov.İKP MK-nın I katibi V.Zimyaninlə birgə Sumqayıta səfər edən Heydər Əliyev Neft və Kimya Sənayesinin Kompleks avtomatlaşdırılması İnstitutunda, Azərbaycan Boru – Prokat zavodunda olmuşlar. Səfər çərçivəsində Heydər Əliyev təhsil, elm, mədəniyyət müəssisələrinin işi ilə də tanış olmuşdur.

7. 1979-cu il 5 oktyabr : SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin I müavini V.V.Kuznetsovla birgə Sumqayıta səfər edən Heydər Əliyev Azərbaycan Boru – Prokat zavodunda, Sumqayıt Dövlət Rəsm Qalereyasında, “Keyfiyyət evi”ndə oldu. Ölkə başçısı “Xovlu iplik” fabrikinin, Sumqayıt Alüminium zavodunun, “Üzvi sintez” İstehsalat Birliyinin problemləri ilə tanış olmuş, müvafiq tədbirlərin görülməsi üçün göstərişlər vermişdir.

8. 1981-ci il 8 aprel : Sov.İKP MK-nın siyasi bürosu üzvlüyünə namizəd, Azərbaycan SSR KP MK-nın I katibi Heydər Əliyev Sumqayıta səfər edərək “Xovlu iplik”, “Üst Trikotaj” fabriklərində, BTZ – də, SAZ – da Evtikmə Kombinatında, “Üzvi sintez” İstehsalat Birliyində, “Keyfiyyət evi”ndə, “ Aygün ” məişət evində, Şahmat məktəbində olmuşdur. Səfər çərçivəsində sakinlərlə görüşüb söhbət etmişdir.

9. 1981-ci il 9 aprel : Yenidən Sumqayıta dönən ölkə başçısı S.Vurğun adına mədəniyyət sarayında keçirilən partiya fəallarının yığıncağında iştirak etmiş, böyük nitq söyləmişdir. Heydər Əliyevin Sumqayıt şəhərinə iki günlük səfəri şəhərin gələcək taleyində mühüm rol oynamışdır.

10. 1982-ci il 12 fevral : Azərbaycan SSR KP MK-nın I katibi Heydər Əliyev V.İ.Lenin adına Azərbaycan Boru-prokat zavodunda keçirilən Lenin cümə günündə çıxış etmiş, metallurqların suallarını cavablandırmışdır.

11. 1993-cü il 28 dekabr : Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Sumqayıta gələn Heydər Əliyev Türkiyənin “Teletaş” firması tərəfindən şəhərimizdə quraşdırılmış telefon stansiyasının açılışında iştirak etdi. Türkiyə prezidenti Süleyman Demirəllə birbaşa telefon əlaqəsi yaratdı.Sumqayıtın Tarixi muzeyinin qonağı oldu.

12. 1996-cı il 2 iyun : Cənab heydər Əliyev BMT-nin İnkişaf proqramı tərəfindən hazırlanmış “ Azərbaycan Respublikasında insanın inkişafı haqqında hesabat” kitabının təqdimat mərasimində iştirak etmə üçün Sumqayıt şəhərinə səfər etmişdir. Təqdimat mərasimində BMT-nin İnkişaf Proqramının rəhbəri C.Spet, Azərbaycan Respublikasında BMT-nin prezidenti P.Lembo və digər rəsmi şəxslər iştirak etmişlər.

13. 1998-ci il 27 sentyabr : II dəfə Azərbaycan Respublikası Prezidentliyinə namizəd Heydər Əliyev Ü.Hacıbəyov adına “Kimyaçı” mədəniyyət sarayı qarşısında sumqayıtlı seçicilərlə görüşərək onların etimadını doğruldacağına söz vermişdir. Onun şərəfinə 1998-ci ildə şəhərimizdə “Heydər parkı” yaradılmışdır.

14. 1999-cu il 24 mart : Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sumqayıta növbəti səfər etmişdir. 1999-cu ildə EP – 300 kompleksində buxar-generator qurğusunun özülünün qoyulması mərasimində iştirak və çıxış etmiş, tikintinin təməl daşını qoymuşdur.

15. 2001-ci il 7 iyul : Dünya şöhrətli siyasətçi Heydər Əliyev yenidən Sumqayıta üz tutmuşdur. By dəfə o, təməli 1999-cu ildə qoyulmuş EP – 300 kompleksində buxar-generator qurğusunun açılış mərasimində iştirak etmiş və geniş nitq söyləmişdir.

16. 2003-cü il 3 aprel : Möhtərəm prezident Heydər Əliyev Sumqayıta cox təəssüf ki sonuncu dəfə səfər etmişdir.Həmin gün bütün Respublika ictimaiyyətinin diqqəti Sumqayıta yönəlmişdi. Dövlət başçısı Sumqayıtda ictimai-mənəvi iqlimin dəyişdirilməsinə yönəldilmiş müşavirədə şəhərin problemlərini hərtərəfli əhatə edən proqram xarakterli nitq söyləmişdir.