Onlayn Vebinar.
Bu gün 25.02.2021-ci il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi və Xızı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə XX əsrin faciəsi 26 fevral Xocalı soyqrımının anımına həsr edilmiş "Xocalı soyqırımı" haqqında onlayn vebinar keçirildi.Tədbiri açıq elan edən Xızı rayon Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova bütün tədbir iştirakçılıranı salamladılar və bu günün tariximizdəki əhəmiyyətindən danışdılar.Daha sonra Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi və Xızı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 26 fevral Xocalı soyqırımı ilə bağlı öz fikirlərini söylədilər və şeir səsləndirdilər.