Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhər gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirtmək məqsədi ilə rəsm, kompüter, rus dili və ingilis dili, dərnəkləri fəaliyyət göstərir. Dərnəklər səhər və günorta növbələrində olmaqla mərkəzin əməkdaşları tərəfindən keçirilir.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Rus dili dərnəyi mərkəzin əməkdaşları tərəfindən keçirilir. Mərkəzdə linqafon və smart otaqları dərslərin yüksək səviyyədə təşkil olunmasına xidmət edir. Dərnəklər səhər və günorta növbəsində təşkil olunub. Dərslər həftədə iki dəfə, bir saat yarım olmaqla keçirilir.

Rəsm dərnəyinin üzlərinə dərslər tələbə hazırlığı səviyyəsində keçirilir. Eyni zamanda Mərkəzdə Sumqayıt Asan Xidmət Könüllülərinin öz təlimçiləri tərəfindən də rəsm təlimləri keçirilir.

İngilis dili dərnəyi mərkəzin əməkdaşları tərəfindən aparılır. Dərnəklər səhər və günorta növbəsində təşkil olunub. Dərslər həftədə iki dəfə, bir saat yarım olmaqla keçirilir. Dərnəklərə daha çox müraciət edən məktəblilərdir ki, onlarla da məktəb səviyyəsidə grammar, listening və speaking üzrə dərslər keçirilir. Mərkəzin dərnək üzvlərinin iştirakı ilə rus və ingilis dilində açıq dərslər də təşkil olunur.

Mərkəzdə təşkil olunan kompüter dərnəyi mərkəzin əməkdaşları tərəfindən keçirilir. 3 aylıq proqram çərçivəsində keçirilən dərslərdə MS Office proqramları dərnək üzvlərinə tədris olunur. Dərs yekunlaşdıqdan sonra dərnək üzvləri buraxılış imtahanı verirlər.