Şəhər haqqında məlumat

Şəhər haqqında məlumat

Sumqayıt inzibati rayonu Xəzər dənizinin qərb sahilində 32 km-lik düzənlik sahədə yerləşir. Ərazisi 9495 hektar, torpağı günəşli, iqlimi quru, yarımsəhradır. Şəhərin ərazisi 0, 094 km2-dir. Hacı Zeynalabdin və Corat qəsəbələri də daxil olmaqla şəhər əhalisinin sayı 338,8 min nəfərdir. Bundan başqa Sumqayıtda 52, 9 min nəfər məcburi köçkün məskunlaşmışdır. Hər kvadratmetrə düşən əhali sıxlığı 3659 nəfərdir. Hazırda şəhər əhalisinin illik artımı 2600 nəfər təşkil edir.

"Sumqayıt" toponiminin yaranması barədə 3 fərqli versiya mövcuddur.

Əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:

- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!

Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:

- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

Sumqayıt toponomiyasının Suqayıt, Sumqay,Sukait kimi müxtəlif variantları məlumdur. XIII əsr yazarı Fəzlullah Rəşidəddinin məlumatına əsasən, “Sumqayıt sözü XIII əsrdə monqol işğalı zamanı buraya gəlmiş “Sukait” türk –monqol tayfalarının adı ilə bağlıdır.

Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şimalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.XVI əsrdə yaşamış ingilis səyyahı Xristofer Berrou, XVIII əsrin 30-cu illərində alman səyyahı İ. Lerx, XIX əsrin ortalarında rus səyyahı İvan Berezin yol qeydlərində Sumqayıtçay haqqında yazmışlar.

Tarixi

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb.

Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki,

"Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana.

Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır. Lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947-1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi.1949-cu ildə Sumqayıta şəhər statusu verilir.

Sumqayıt şəhərinin inkişafının dinamikası

Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılaraq, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam edib. Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin nəticəsində Sumqayıt yüksək məqsədə doğru qətiyyətlə irəliləyərək möhtəşəm nailiyyətlər əldə etdi. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası, habelə qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıtı da dinamik inkişaf yoluna çıxartdı. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəldi, sahibkarlığın inkişafı daha da sürətləndi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanıldı. Artıq Sumqayıtda şəhər həyatına dair zəruri atributlar xeyli artıb, sənaye yönümlü modern müəssisələr fəaliyyət göstərir.

Əsas məqam ondan ibarətdir ki, vaxtilə xəyal kimi görünən layihələr bu gün məhz Prezident İlham Əliyevin aydın və konkret fəaliyyət prioritetləri sayəsində əzmlə həyata keçirilir.

Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində “Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı” və “Sumqayıt Kimya Sənaye Parkı”, həmçinin digər mühüm obyektlər qurulub. Şəhərin iqtisadi strukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, eləcə də yüngül sənaye sahələri qabaqcıl texnoloji avadanlıqla təchiz edilib. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.

Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri var.

Sumqayıtda təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması, yüksək səviyyəli təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki şəraitin yaradılması prioritet məsələlər kimi diqqət mərkəzində saxlanılır. Təhsil sahəsində ölkəmizdə qabaqcıl mövqeyə, formalaşmış ənənələrə malik Sumqayıtda aparılmış kompleks xarakterli tədbirlər-bütün məktəblərin istiliklə təchizatı, dam örtüklərinin yenidən qurulması, yeni məktəb binaları və korpusların inşası, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi müstəsna əhəmiyyətə malik bu sahədə uzun illər ərzində yığılıb qalmış problemlərin həllinə şərait yaratmış, təhsilin məzmunu və keyfiyyətinə müsbət təsir edib. Sumqayıt məzunları hər il ali məktəblərə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələr göstərir, respublika müsabiqələrində şəhəri təmsil edən orta ümumtəhsil müəssisələri və müəllimlər qalib yerləri tuturlar. Təhsil sahəsində pilot layihələr bir qayda olaraq məhz şəhərimizdə sınaqdan keçirilərək ölkədə özünə həyata vəsiqə qazanır. Respublikamızda ilk dəfə Sumqayıtda təşkil olunan yay düşərgələri indi şəhərin bütün məktəblərini əhatə edir.

Şəhərin səhiyyə ocaqlarında aparılan yenidənqurma işləri, bu ocaqların müasir diaqnostika, müayinə aparatları və xüsusi texnika ilə təchizatı əhaliyə göstərilən səhiyyə servisinin keyfiyyətinə müsbət təsir göstərir. Hazırda şəhərdə dövlət tibb müəssisələri ilə yanaşı, ən müasir avadanlıqlara malik onlarla özəl klinika və mərkəzlərin fəaliyyət göstərməsi bu mühüm sahənin uğurlu perspektivlərindən xəbər verir.

Bu gün Sumqayıtda idman ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi işləri geniş vüsət alıb. Öz ölçülərinə görə müasir olimpiya mərkəzlərindən geri qalmayan 1 saylı Uşaq-Gənclər İdman Məktəbi, həmçinin Olimpiya Kompleksi idman ənənələri ilə seçilən Sumqayıtın gələcək uğurlarına əminlik yaradır. Açılışında dövlət başçımızın iştirak etdiyi Sumqayıt Paraolimpiya İdman Kompleksi fiziki imkanları məhdud olan insanlar üçün istifadəyə verilmiş nadir mərkəzlərdəndir. İslam Həmrəyliyi Oyunlarında Sumqayıt idmançıları ümumilikdə 13 medal qazanıblar: 3 qızıl, 3 gümüş və 7 bürünc.

İndi Sumqayıtın gözəllikləri beynəlxalq müstəvidə sərgilənir, -desək, ifrata varmış olmarıq. Ötən ilin iyul ayında İspaniyanın paytaxtı Madriddə keçirilən "Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıtın yeni salınmış bulvarı "İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb.

Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.

Telefon kodu :+994 18

Poçt indeksi :AZ 5000

Nəqliyyat kodu :50