Siyəzən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış şəhid Həsənov Vurğun Ağası oğlunun doğum günündə məzarını ziyarət etdilər.

Siyəzən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış şəhid Həsənov Vurğun Ağası oğlunun doğum günündə məzarını ziyarət etdilər.

06.08.2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış şəhid Həsənov Vurğun Ağası oğlunun doğum günündə məzarını ziyarət etdilər.

Həsənov Vurğun Ağası oğlu 1995-ci il avqust ayının 6-da Siyəzən şəhərində anadan olub. 8-ci sinfə qədər şəhər 1 saylı tam orta məktəbdə, bir il 6 saylı məktəb-liseydə, X-XI sinfləri isə 5 saylı tam orta məktəbdə təhsil alıb. 2013-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 2015-ci ilin aprelində hərbi xidmətini bitirdikdən sonra "Siyəzən Broyler" fabrikində işləməyə başlayıb. Vətən Müharibəsinin ilk günündən könüllü olaraq Ordu sıralarına yazılaraq Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 21-də Qubadlı istiqamətində gedən döyüşlərdə Vurğun qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən şəhid Həsənov Vurğun Ağası oğlu ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!