ELAN

Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunan onlayn rəsm müsabiqəsi keçiriləcəkdir. Müsabiqəyə qatılmaq istəyən iştirakçılar Mərkəzin elektron poçtuna (siyazanh.aliyev@mail.ru), facebook səhifəsinə mövzuya uyğun rəsm əsərlərini 14 iyun 2021-ci il tarixinədək göndərə bilərlər.

Rəsm müsabiqəsinin qalibləri Mərkəz tərəfindən Fəxri-fərman və hədiyyələrlə təltif olunacaqlar.