Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Siyəzən rayon Heydər Əliyev mərkəzində fəaliyyətə başladı.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Siyəzən rayon Heydər Əliyev mərkəzində fəaliyyətə başladı.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Siyəzən rayonundakı Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb.
Bu münasibətlə keçirilən onlayn tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, Gənclər Fondunun icraçı direktoru, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri olmaqla 400 nəfər iştirak edib.
Açılış tədbirindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışılıb. Bildirilib ki, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanı qazanacaq, fəal vətəndaş kimi öz regionlarının inkişafına töhfə verəcəklər.