Siyəzən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid Məmmədov Sadiq Mübariz oğlunun ailəsini ziyarət etdilər.

Siyəzən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid Məmmədov Sadiq Mübariz oğlunun ailəsini ziyarət etdilər.

Siyəzən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində mərdliklə vuruşaraq şəhid olmuş top komandiri Məmmədov Sadiq Mübariz oğlunun ailəsini ziyarət etdilər. Şəhid Sadiqin atası oğlunun Vətən Müharibəsi zamanı Murov dağ yüksəliyi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və onunla bağlı xatirələrindən danışmışdır.

Şəhid Sadiq Məmmədov 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 4-də döyüşlər zamanı şəhid olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.