Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev Şəhid Əzimov Saatmirzə Feyruz oğlunun ailəsini ziyarət edib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev Şəhid Əzimov Saatmirzə Feyruz oğlunun ailəsini ziyarət edib.

12 fevral 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev Şəhid Əzimov Saatmirzə Feyruz oğlunun ailəsini ziyarət edib. Görüşdə sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən Müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilmişdir.