Əsgərə məktub layihəsinə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin Gənc Heydərçiləri də qoşuldular.

Əsgərə məktub layihəsinə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin Gənc Heydərçiləri də qoşuldular.

Əsgərə məktub.

Hər bir təşəbbüs mahiyyəti etibarilə vətəndaşlıq deməkdir. Son dövrlərdə belə təşəbbüslər istər əhatəliyi, istərsə də məzmunu ilə diqqəti çəkir. Müharibə şəraitində yeniyetmələrin, məktəblilərin ordumuza sevgisi təqdirəlayiqdir. Respublikamızda həyata keçirilən layihələrdən biri "Əsgərə məktub"dur. Ayrı-ayrı məktəblərin şagirdləri tanımadıqları əsgərlərə məktublar yazır, onlara arzu və istəklərini bildirirlər. Arzuların, istəklərin məzmunu xalqın arzusudur, istəyidir: torpaqlarımız işğaldan azad edilsin. Hər məktub bir ürəyin diqtəsidir, hər məktub bir vətəndaşın ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. Bu müraciət ordu-ictimaiyyət münasibəti kimi qəbul olunmalıdır. Müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevir. Bu sevgi vətənpərvərlikdir.

"Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir və bu layihənin davamlı olacağına inanırıq.