Yaxın mədəniyyət müəssisələri

Siyəzən rayon Mədəniyyət Mərkəzi

Siyəzən rayon Mədəniyyət Mərkəzinin binası 2009-cu ildə əsaslı təmir olunaraq yenidən istifadəyə verilmişdir. Binanın ümumi sahəsi 997 kv/m Siyəzən Rayon Mədəniyyət Mərkəzində 5 işçi fəaliyyət göstərir. Mərkəzin 7 filialı vardır: Yenikənd kənd Diyarşunaslıq evi, Zarat kənd Diyarşunaslıq evi, Məşrif kənd Diyarşunaslıq evi, Böyük Həmyə Sənətkarlıq evi, Balaca Həmyə kənd klubu, Eynibulaq kənd klubu, 2 saylı şəhər klubu. Mərkəzin özündə 6, filiallarında isə 15 dərnək fəaliyyət göstərir. O cümlədən burada 60 nəfərlik mühazirə zalı, 210 nəfərlik tamaşa zalı, 3 foye 335,48 kv/m.olan sərgi zalları yerləşir.

Ünvan: Siyəzən şəh., Heydər Əliyev küçəsi 92

Telefon: (23) 304-05-52.

Gənclər Mərkəzi

Siyəzənin müasir mədəniyyət ocaqlarından biri də Gənclər Mərkəzidir. Gənclər Mərkəzinin inşasına 2012-ci ilin aprelində başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılmışdır.Ümumi sahəsi 1634 kvadratmetr olan Gənclər Mərkəzi 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində bar, bilyard zalı fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Dövlətçilik Muzeyi yaradılmışdır. Muzeydə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları, pul əskinasları, medal və tarixi sənədlər toplanmışdır.

Mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, bilyard, oyun avtomatları zalları, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Bütün kompyuterlər sürətli internetə qoşulmuşdur. Bu Mərkəz rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.

İstirahət parkı və Bayraq Meydanı

Bayraq Meydan üçün rayonun hər tərəfindən görünəcək yer seçilmişdir. Bayraq Meydanının ərazisi 1,7 hektardır. Hündürlüyü 70 metrdir. Meydanın yaxınlığında iki mərtəbəli Gənclər Mərkəzi və Heydər Əliyev Mərkəzi yerləşir.

Siyəzən rayon Uşaq İncəsənət Məktəbi

Siyəzən Rayon Uşaq İncəsənət məktəbi 1977-ci ildə Şabran rayon musiqi məktəbinin tərkibində filial kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə məktəb fortepiano, tar, qarmon ixtisaslari üzrə fəaliyyət göstərmişdir. Məktəb Azərbaycan SSR mədəniyyət nazirinin 27 aprel 1990-cı il tarixli 83-k nömrəli əmrinə əsasən müstəqil məktəb kimi fəaliyyətə başlamışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin yeni inşa olunmuş binasının açılışnda iştirak etmişdir. Fəaliyyətə başladığı tarixdən hal-hazira kimi Respublika üzrə keçirilən bütün müsabiqələrdə fəal iştirak etmişdir. Məktəbdə 7 ixtisas: fortapiano, tar, kamança, qarmon nağara, klarnet, və təsviri incesənət şöbələri açilmiş, hal-hazırda həmin şöbələrdə 255 şagird təhsil alır.

Ünvan: Siyəzən şəh., Heydər Əliyev küçəsi

Telefon: (23) 304-04-21

E-mail: siyezen_incesenet@gmail.com