Muzey

“ Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr arasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur ”.

Heydər Əliyev

Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Siyəzən səfərlərinə dair fotolar nümayiş olunur. Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin büst kompleksi qoyulmuşdur. Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini daha dərindən təbliğ etmək məqsədilə ümummilli liderin titanik ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən 3 sərlövhə nümayiş olunur.

Birinci sərlövhə

İkinci sərlövhə

Üçüncü sərlövhə

Sərlövhələrdə ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən fotolar yerləşdirilmişdir. Hər bir foto-guşədə ümummilli liderimizin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı eksponatlar toplanmışdır. Mərkəzdə Azərbaycançılıq məfkurəsinin və Azərbaycanşunaslığın təşkili geniş şəkildə təbliğ olunur. Vaxtaşırı tariximizi və digər xalqların tarixini təbliğ etmək məqsədilə sərgilər təşkil olunur. Siyəzən rayon Heydər Əliyev Mərkəzində 472 eksponat var. Bunlardan Heydər Əliyevin müxtəlif dövürlərdə çəkdirdiyi 71 ədəd foto, 76 ədəd sənəd, 34 ədəd yağlı boya ilə cəkilmiş rəsm əsərləri, 1 büst və 290 kitabdan ibarətdir.