Kitabxana

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, millimənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli olan konsepsiyanın – azərbaycançılığın ideyasının inkişafına xüsusi fikir vermişdir. Bu gün Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin kitabxanalarında Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti istiqamətində müxtəlif mövzularda kitablar əks olunur. Kitabxanalarda Heydər Əliyev irsinin və azərbaycançılıq ideyası yüksək təbliği olunur. Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin üçüncü mərtəbəsində elektron kitabxana mövcuddur ki, burada 290 ədəd kitab kitabxananın kitab fondunda qorunub saxlanılır.