Heydər Əliyev və Siyəzən

Azərbaycan KP Mk-nin 1-ci katibi İşləyərkən Heydər Əliyev Siyəzən rayonuna 09 sentyabr 1983-cü ildə tarixi səfər etmişdir. Böyük Azərbaycansevər Heydər Əliyevin Siyəzən rayonuna səfəri zamanı rayon ictimaiyyəti ilə səmimi söhbət etmişdir. Görüş zamanı çəkilən fotolar Siyəzənlilərin Heydər Əliyevi necə sevinc və sevgi ilə qarşılanmasına bir sübutdur.

Rayon ictimaiyyəti ilə görüş -09 sentyabr 1983

Azərbaycan xalqının Heydər Əliyevə ikinci dəfə böyük etimad göstərməsi səbəbsiz deyildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda məhz Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Heydər Əliyev Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtdı və hakimiyyətin düzgün strategiyasını müəyyənləşdirdi. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı. Bir sözlə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı.

Müstəqilliyimiz dövründə Ümummilli lider Heydər Əliyev Prezident seçkiləri ərəfəsində 1998-ci ilin oktyabr ayının 3-də Siyəzən rayonuna səfər etmişdi. Həmin səfər Siyəzəndə böyük bayrama çevrilmişdir. Onun şəhərin mərkəzində əhali ilə görüşü və əhali ilə birgə addımlaması hər bir siyəzənlinin bu gündə xatirindədir. Burada Ulu Öndər Siyəzən ictimaiyyəti ilə səmimi görüşdü, onlara işlərində uğurlar arzulamışdır. Rayon sakinləri dövlətimizin başçısına minnətdarlıq etmişdirlər, ölkəmizdə yaratdığı ictimai-siyasi sabitliyi və apardığı siyasəti daim dəstəklədiklərini, onunla fəxr etdiklərini söyləmişdilər. Həmin gün Siyəzən camaatı çox sevincli idi. Heydər Əliyev əhali ilə görüşdükdə çox insanların problemini yerindəcə həll etmişdir. Ulu Öndər Heydər Əliyev əhalinin istəyi ilə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Füzuli Hacıyevin xahişiylə “Siyəzən Broyler” fabrikinin yenidən bərpası haqqında xüsusi sərəncam vermişdir.

03 oktyabr 1998-ci ilə Ümummilli Lider Heydər Əliyev və İlham Əliyevin Siyəzən rayonuna tarixi səfəri.