Siyəzən rayon Heydər Əliyev Mərkəzində “ BIZ SÜLH İSTƏYİRİK ” adlı sərgi təşkil edilmişdir

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “ BIZ SÜLH İSTƏYİRİK ” adlı sərgi təşkil edilmişdir

Beyəlxalq Sülh aylığı ilə əlaqədar olaraq Siyəzən rayon Heydər Əliyev Mərkəzində “ BIZ SÜLH İSTƏYİRİK ” adlı sərgi təşkil edilmişdir. 21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT tərəfindən 1981-ci ildə təsis edilən sülh günü ilk dəfə həmin ilin sentyabrında qeyd olunub. 2001-ci ildə isə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 21 sentyabr tarixi BMT tərəfindən Beynəlxalq Sülh günü kimi müəyyənləşdirilib və bu tarixi ümumdünya atəşkəs günü elan edilib. Beynəlxalq Sülh günü 20 faizi işğal altında olan və bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərindən didərgin düşmüş, uzun illər ərzində qurduqları ev-eşiklərindən məhrum olmuşlar. Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənlik göstərərək qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında imzalanmış atəşkəslə müharibə dayandırıldı, ölkədə sabitliyə nail olundu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi. Beynəlxalq Sülh günü ilə əlaqədar olaraq Siyəzən rayon Heydər Əliyev Mərkəzində də 18 sentyabr 2019-cu il tarixindən etibarən sərgi təşkil edilmışdir. Sərgidə rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Qeyd edək ki, sərgi 30 sentyabr 2019-cu il tarixinədək davam edəcəkdir.