Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə, Siyəzən, Qaradağ, Salyan, Şirvan, Neftçala, Xızı və Suraxanı Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Əsrin Müqaviləsi”- Azərbaycanın strateji inkişafı mövzusunda onlayn tədbir keçirildi.

Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə, Siyəzən, Qaradağ, Salyan, Şirvan, Neftçala, Xızı və Suraxanı Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Əsrin Müqaviləsi”- Azərbaycanın strateji inkişafı mövzusunda onlayn tədbir keçirildi.

20 sentyabr 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə, Siyəzən, Qaradağ, Salyan, Şirvan, Neftçala, Xızı və Suraxanı Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Əsrin Müqaviləsi”- Azərbaycanın strateji inkişafı mövzusunda onlayn tədbir keçirildi. Tədbiri Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə anarxiyanın qarşısı alındı, ictimai-siyasi sabitliyin bərpa olunması yönündə ciddi addımlar atıldı. Məhz belə bir şəraitdə Əsrin müqaviləsinin imzalanması üçün xarici şirkətlərlə danışıqlara başlanıldı. Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanmış Əsrin müqaviləsi Azərbaycan iqtisadiyyatının sürətli inkişafına şərait yaratdı. Bu gün inamla həyata keçirilən ulu öndər Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və analoqu olmayan iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Daha sonra çıxış edənlər Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Salyan Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Xızı Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva bildirdilər ki, zaman keçdikcə ulu öndər Heydər Əliyevin neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildi. Başqa sözlə desək, neft strategiyası əsas məqsədinə nail olmağa başladı. Çünki həyata keçirilən neft siyasətinin də əsasını, məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təşkil edirdi. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsinə qədəm qoyub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəriciləri ilə dünyanın lider dövlətləri sırasındadır. Bu gün ölkəmiz nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının coğrafi mövqeyindən irəli gələn bu imkanları ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar daha da artırır.