Siyəzən rayon Heydər Əliyev Mərkəzində Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş Vətən Müharibəsində şəhid olmuş və yaralanmış qazilərin orden və medallarının təqdim olunması mərasimi keçirilmişdir.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş Vətən Müharibəsində şəhid olmuş və yaralanmış qazilərin orden və medallarının təqdim olunması mərasimi keçirilmişdir.

26 iyun 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzində Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş Vətən Müharibəsində şəhid olmuş və yaralanmış qazilərin orden və medallarının təqdim olunması mərasimi keçirilmişdir.

Giriş sözü ilə mərasimi açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.