Siyəzən rayon Heydər Əliyev Mərkəzində "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"nə həsr olunmuş tədbir keçirilib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"nə həsr olunmuş tədbir keçirilib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"nə həsr olunmuş tədbir keçirilib.

25 iyun 2021 –ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzində 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Ordusu” adlı tədbir keçirildi. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Vətən müharibəsi iştirakçıları, rayon ziyalıları iştirak etdilər.

Tədbir iştirakçıları Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsini əks etdirən ekspozisiya bölmələri ilə yaxından tanış olmuşlar.

Daha sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi. Tədbiri giriş sözü ilə açan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev bildirdi ki, Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər. Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasəti haqqında dünyada uğurlu təbliğat aparan dövlətimiz sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibədə düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.

Daha çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon üzrə nümayəndəsi Zəminə Qədirli, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Vətən müharibəsi qazisi baş-leytenant Akif Quliyev, Vətən müharibəsi iştirakçıları Kənan Qasımov, Asif Məmmədov, Siyəzən şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Fəxrəddin İsmayılov, Siyəzən şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Gülnar İsgəndərova, Siyəzən şəhər 3 saylı tam orta məktəbin coğrafiya müəllimi Xalidə Tağıyeva çıxış edərək bildirdilər ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. Azərbaycan Ordusu Cənubi Qafqazın ən gücü ordusuna malik olduğunu sübuta yetirdi.

Daha sonra məktəblilər Azərbaycan Ordusu və vətənpərvərlik mövzusunda şeirlər söylədilər.