Siyəzən rayon Heydər Əliyev Mərkəzinin, Xızı rayon Heydər Əliyev Mərkəzinin, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar onlayn videokonfrans keçirimişdir.

 Siyəzən rayon Heydər Əliyev Mərkəzinin, Xızı rayon Heydər Əliyev Mərkəzinin, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar onlayn videokonfrans keçirimişdir.

24 iyun 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin, Xızı rayon Heydər Əliyev Mərkəzinin, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar onlayn videokonfrans keçirimişdir.

Videokonfransı giriş sözü ilə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq qeyd etmişdir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

Müstəqilliyimizin ilk illərindən başlayaraq Ümummilli lider Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb etməsi bu qlobal problemin ölkəmizdə yayılması təhlükəsinə qarşı Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir.

Bu problemlə mübarizə ilə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən və cənab Prezident tərəfindən təsdiq edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 3 Dövlət Proqramı uğurla icra edilmiş və hazırda 2019-2024-cü illəri əhatə edən 4-cü proqram təsdiq olunmaqla icrasına başlanılmışdır.

Videokonfransda mövzu ətrafında Xızı rayon Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofelya Qəhrəmanova, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bildirmişlər ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın ,2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün təsdiq edilmiş Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün təsdiq edilmiş Dövlət Proqramı”nın və 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanun-suz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” 2019–2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi.