Siyəzən, Qazax, Ağstafa, Tovuz, Tərtər, Bərdə, Naftalan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 26 iyun- Azərbaycan Silahlı Qüvvələr gününə həsr edilmiş “Zəfər salnaməsi yazan Azərbaycan Silahlı Qüvvələri ” mövzusunda videokonfrans keçirildi.

Siyəzən, Qazax, Ağstafa, Tovuz, Tərtər, Bərdə, Naftalan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 26 iyun- Azərbaycan Silahlı Qüvvələr gününə həsr edilmiş “Zəfər salnaməsi yazan Azərbaycan Silahlı Qüvvələri ” mövzusunda videokonfrans keçirildi.

23 iyun 2021- ci il tarixində Siyəzən, Qazax, Ağstafa, Tovuz, Tərtər, Bərdə, Naftalan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 26 iyun- Azərbaycan Silahlı Qüvvələr gününə həsr edilmiş “Zəfər salnaməsi yazan Azərbaycan Silahlı Qüvvələri ” mövzusunda videokonfrans keçirildi. Videokonfransda Siyəzən, Qazax, Ağstafa, Tovuz Heydər Əliyev Mərkəzlərinin direktorları və əməkdaşları, Tərtər, Bərdə, Naftalan Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak etdilər. Videokonfransı Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açdı və 26 iyun- Silahlı Qüvvələr günü haqqında məlumat verərək Azərbaycan ordusunun yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin Azərbaycan ordusunun formalaşmasında və gücləndirilməsində xidmətlərindən danışdı və bildirdi ki, Ulu öndərin ordu quruculuğu sahəsindəki siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020- ci ilin 27 sentyabrından başlanan torpaqlarımızın bütövlüyü uğrunda aparılan Vətən müharibəsində ordumuzun düşmənə qalib gələrək Azərbaycana möhtəşəm Zəfər gününü yaşatması bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan ordusu Qafqazın ən güclü ordusudur və işğalla heç vaxt barışmayaraq öz tarixi ərazilərini düşməndən azad etməyə qadirdir.

Sonra Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Tovuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Tərtər Heydər Əliyev Mərkəzinin fond mühafizi Samirə Səfərova, Naftalan Heydər Əliyev Mərkəzinin elmi işçisi Ramilə Həsənova, Bərdə Heydər Əliyev Mərkəzinin bələdçisi Yaqub Vəliyev çıxış edərək bu gün Silahlı Qüvvələr quruculuğu prosesinin çox yüksək səviyyədə davam etdirildiyini, Azərbaycan ordusunun öz şərəfli missiyasını qürurla yerinə yetirdiyini və tarixi ədaləti bərpa etdiyini bildirdilər.

Çıxışlarda ümumi fikir ifadə olundu ki, Azərbaycan ordusu yüksək mənəvi keyfiyyətlərə malik olan kontingentə, müasir hərbi texniki bazaya malikdir. Böyük qələbəmiz Azərbaycanın hərbi gücünün təzahürüdür. Bizim ordumuz XX əsrin müharibəsini apardı və düşməni əzərək qalib oldu. Azərbaycan Silahlı Qüvvələri Qələbə ilə tariximizin səhifələrinə xalqımızın mübarizliyinin, birliyinin nümunəsini həkk etdi.Bu gün dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki uğurlu əməliyyatlarımız öyrənilir. Bundan sonra da ordu quruculuğu dövlət siyasətinin prioritet istiqaməti olacaq.