Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci illiyinə həsr olunmuş "Gözlərə nur bəxş edən Zərifə xanım" adlı video-konfrans keçirildi.

Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci illiyinə həsr olunmuş "Gözlərə nur bəxş edən Zərifə xanım" adlı video-konfrans keçirildi.

28 aprel 2021- ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci illiyinə həsr olunmuş "Gözlərə nur bəxş edən Zərifə xanım" adlı video-konfrans keçirildi.

Tədbirdə Xaçmaz, Siyəzən, Qusar və Şabran rayon Heydər Əliyev Mərkəzləirinin direktorları və əməkdaşları iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev əməkdar elm xadimi, tibb elimləri doktoru Zərifə xanım Əliyevanın Azərbaycan tibb sahəsindəki xidmətlərindən, ən ağır göz xəstəliklərindən olan traxomanın kökünün kəsilməsi və xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılmasında apardığı elmi- tədqiqatlarından geniş və ətraflı məlumat verdi.

Sonra Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova gözlərə nur bəxş edən, nəcib və xeyirxah insan, ümumilli lider Heydər Əliyevin ömür gün yoldaşı Zərifə xanım Əliyeva haqqında, onun keçdiyi mənalı ömür yoluna nəzər salaraq, şəfqətli əlləri ilə insanlarda sabaha ümüd yaradan və öz nəcib xüsusiyyətləri ilə hər bir azərbaycanlının qəlbində əbədi yer tutduğunu vurğuladı.

Daha sonra tədbirdə çıxış edən Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Abdullayeva, Xaçmaz Heydər Əliyev Mərkəzinin Xudat şəhər filialının direktoru Könül Ramazanova, Yalama kənd filialının direktoru Elnurə Xeyirbəyova və Mərkəzin baş fond mühafizi Aynurə Məstanova akademik - alim Zərifə xanım Əliyeva haqqında, onun Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən geniş və ətraflı söz açdılar.