"Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirildi.

"Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirildi.

27.04.2021-ci il tarixdə "Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Daha sonra çıxış edən gənclər çıxış edərək bildirdilər ki, ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti, Azərbaycan xalqının bütün təbəqələrində olduğu kimi, gənclərində həyatında xüsusi yer tutub və Ulu Öndər xalqımızın qəlbində daima yaşayacaq. Ölkəmizin uğurlu gələcəyi üçün Azərbaycan gəncləri hamılıqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ümummilli lider Heydər Əliyev siyasətinə dəstək olurlar. Azərbaycanın bugünkü uğurları sırasında gənclərə yaradılan şərait xüsusi olaraq göz önündədir.