“Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

“Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

“Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Martın 31-də zoom tətbiqi vastəsilə Siyəzən rayon Heydər Əliyev Mərkəzi, Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart “Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş “Unudulmaz faciə” mövzusunda onlayn anım tədbiri keçirilib.

Tədbirdə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova,, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Vəfa Əsədova və Heydər Əliyev Mərkəzinin işçisi Aygün İsayeva çıxış edərək mart soyqırımı barədə ətraflı məlumat veriblər. Çıxışlarda soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq və bir daha belə hadisələrin təkrar olunmaması üçün Vətən müharibəsində göstərdiyimiz milli birliyin nümayiş etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Tədbirin keçirilməsi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10 yarımbəndinin icrasının təmin olunması məqsədi daşıyıb.