Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən yazarları Dübrar Yaradıcılıq qrupu ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirildi.

Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən yazarları Dübrar Yaradıcılıq qrupu ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirildi.

Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən yazarları Dübrar Yaradıcılıq qrupu ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilmişdir. "Nizami Gəncəvi ili" elan edilməsi azərbaycançılığa, tariximizə, ədəbiyyatımıza və mədəniyyətimizə olan ehtiramın təzahürüdür. Məhz ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, Nizami Gəncəvi yaradıcılığına və milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib. Daha sonra şairlər Nəcməddin Mürvətov, Ceyhun Mirzəyev, Reyhan Muradova, Sədaqət Məmmədova, Əsgər Talıbov, Nailə İsbatova, İsmayıl Muradzadə, Meyvə Allahyarqızı və Rəfail Laçınlı çıxış edərək Nizami Gəncəvi yaradıcılığından danışaraq şeirlər söylədilər.