2016 - ci ildən yaradılan “Gənc Heydərçilər” dərnəyinin tədris müddəti 6 aydır. Orta məktəb şagirdlərindən ibarət olan dərnəyin 20 üzvü vardır. Ayda 4 dəfə dərnək üzvlərinə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məşğələlər keçirilir. Dərnəyin rəhbəri mərkəzin direktoru Ramilə Seyidovadır. Dərnək üzvləri Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində Heydər Əliyevlə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirlər.