Şəhər haqqında məlumat

Şəhər haqqında məlumat

Siyəzən rayonu Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşməklə, rayonun mərkəzi Siyəzən rayon Bakı şəhərindən 103 km şimalda, Bakı-Rostov şosse və dəmir yollarının üstündədir. Rayon 40o51ı, 41o12ı şimal enlikləri ilə 48o07ı, 49o20ı şərq uzunluqlar arasında yerləşir. Qərb və şimali-qərbdən Şabran, cənubi-şərqdən Xızı rayonları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir.

İqlimi: mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda 1,5oC-dən 4oC-yə, iyulda müvafiq olaraq 15oC və 25oC-yə qədərdir. Yayı quraq keçir. İllik yağıntının miqdarı 300-650 mm-dir.
Rayonun ərazisindən axan Gil-gilçay və Ataçay çayları Xəzər dənizi hövzəsinə aiddir.
Torpaqları əsasən şorakətvari boz-qonur torpaqlardır.
Mərkəzi Siyəzən rayonudur.

- Ərazisi (km2) - 703

- Əhalisi (nəfər) - 40489

- Bakıdan rayon mərkəzinədək məsafə (km) - 103

- Siyəzən rayonuna yaxın dəmir yol stansiyası - Qızılburun

- İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri - 11

o cümlədən,

• Rayon - 1

• Qəsəbə - 1

• Kənd - 9

- Ərazi vahidləri ( yaşayış məntəqələri) - 34

o cümlədən,

• Şəhər - 1

• Qəsəbə - 1

• Kənd - 32

Siyəzən rayonun tarixi haqqında ümumi məlumat

Yaşadıgımız bölgənin ərazisində vaxtilə Ağ Siyəzən və Qara Siyəzən adında kəndlər mövcud olubdur. Siyəzən sözünün yozumu ilə bağlı ehtimallardan birində deyilir ki, Siyəzən tat dilində “siyahzən”, yəni “qaravuran”, “ovçu” deməkdir.
Bu məskən saldığımız şəhərin əvvəlki adı Qızılburun olubdur. Deyilənlərə görə bu torpaq vaxtilə ilan mələyən çöllərdən ibarətmiş. Bakı- Şollar Su Kəməri çəkiləndə işçi qüvvəsi kimi ətraf kəndlərdən bura adamlar köç edirlər. Bu hadisə 1911-16-cı illər arasında baş vermişdir. Qızılburunun yaşayış mərkəzinə çevrilməsində “Qızılburun” dəmiryolu stansiyasının böyük rolu olmuşdur. Beləliklə zaman ötdükcə, illər bir-birini əvəzlədikcə stansiyada işləyənlər də, su kəmərinin tikintisində çalışanlar da Qızılburunda daimi sakinlərə çevrildilər.
1938 – 1939-cu illərdə indiki Siyəzən rayonunun ərazisində geoloqlar zəngin neft yataqlarının olmasını aşkar etdilər. Ərazidə ilk buruqlar qazıldı. Zəngin neft yataqlarının kəşfi bu yerlərin perspektivliyini artırdı. “Qara qızıl”ın sorağı ilə təkcə ətraf kəndlərdən deyil, qonşu Xızı, Dəvəçi rayonlarından, zaman - zaman Azərbaycanın ən ucqar bölgələrindən buraya işləməyə gələnlərin hesabına Siyəzən rayonu sürətlə böyüyür, simasını dəyişirdi. Siyəzən rayonu ilk dəfə 1940-cı ilin fevral ayının 11-də təşkil edilmişdir. Rayonun ilk rəhbəri Hənifə Hüseynov adlı şəxs olmuşdur. Neftə görə Siyəzən rayonuna köç edənlər arasında müxtəlif millətlərin nümayəndələri də olmuşdur. Gələnlər içərisində ruslar sayca çoxluq təşkil etmişlər. Keçən əsrin 60 - cı illərinə qədər ruslar burada kompakt halda yaşamışlar. Lakin 1959 - cu ilin dekabr ayının 4 - də Siyəzən rayonu ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. Bütün bunlara baxmayaraq əhali getdikcə artırdı, xüsusi evlərin və neftçilər üçün tikilən beşmərtəbəli yaşayış binalarının sayı çoxalırdı. Siyəzən Broyler Quşçuluq Fabrikinin açılması da şəhərin böyüməsində az rol oynamırdı. Nəhayət 1992-ci il aprel ayının 2 - də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959–cu il sərhədləri daxilində yenidən bərpa olundu.

Coğrafi mövqeyi

Siyəzən rayonu Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşməklə, rayonun mərkəzi Siyəzən rayonu Bakı şəhərindən 103 km şimalda, Bakı-Rostov şosse və dəmir yollarının üstündədir. Rayon 40o51ı, 41o12ı şimal enlikləri ilə 48o07ı, 49o20ı şərq uzunluqlar arasında yerləşir. Qərb və şimali-qərbdən Dəvəçi, cənubi-şərqdən Xızı rayonları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir.
İqlimi: mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda 1,5oC-dən 4oC-yə, iyulda müvafiq olaraq 15oC və 25oC-yə qədərdir. Yayı quraq keçir. İllik yağıntının miqdarı 300-650 mm-dir.
Rayonun ərazisindən axan Gil-gilçay və Ataçay çayları Xəzər dənizi hövzəsinə aiddir.
Torpaqları əsasən şorakətvari boz-qonur torpaqlardır.