Elan! Orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında Şanlı Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində azadlığına qovuşan Ağdam rayonunun işğaldan azad olunması günü münasibətilə “Ağdam azaddır” mövzusunda onlayn bədii qiraət (şeir) müsabiqəsi. “2021-ci il 27 sentyabr- 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması” ilə əlaqədar Şanlı Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində azadlığına qovuşan Ağdam rayonunun işğaldan azad olunması günü münasibətilə 12 noyabr -21 noyabr tarixləri arasında “Ağdam azaddır” mövzusunda onlayn bədii qiraət (şeir) müsabiqəsi elan edilir.

Elan!

Orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında Şanlı Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində azadlığına qovuşan Ağdam rayonunun işğaldan azad olunması günü münasibətilə “Ağdam azaddır” mövzusunda onlayn bədii qiraət (şeir) müsabiqəsi.

“2021-ci il 27 sentyabr- 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması” ilə əlaqədar Şanlı Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində azadlığına qovuşan Ağdam rayonunun işğaldan azad olunması günü münasibətilə 12 noyabr -21 noyabr tarixləri arasında “Ağdam azaddır” mövzusunda onlayn bədii qiraət (şeir) müsabiqəsi elan edilir.

Müsabiqə 12 noyabr-21 noyabr tarixləri arasında keçiriləcək. Müsabiqədə iştirak etmək üçün şərtlər:

• Şagirdlər səsləndirdikləri şeirləri 21 noyabr 2021-ci il tarixinə qədər Şirvan şəhər Təhsil şöbəsinin e-mail (shirvan@edu.gov.az) ünvanına göndərməklə iştirak edə bilərlər.

• Müsabiqə Heydər Əliyev Mərkəzində karantin rejiminin qaydalarına uyğun olaraq keçiriləcək.

• Müsabiqənin nəticəsi 22 noyabr 2021-ci il tarixdə açıqlanacaq.

• Təşkilatçı qurumların müəyyən etdiyi münsiflər heyəti fərqlənən ən yaxşı üç iştirakçını seçəcək. Sonra 3 yerin sahiblərinin adları müəyyənləşəcək.

• Qaliblər fəxri fərmanlarla təltif olunacaq.