Elan! Şirvan şəhər Heydər Əliyev Mərkəzi

Elan!  Şirvan şəhər Heydər Əliyev Mərkəzi

Elan!

Şirvan şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 15 iyun “Milli Qurtuluş günü” ilə bağlı “Zəfər yolu”adlı distant rəsm müsabiqəsi elan edilir. Müsabiqədə iştirakçılar 1 və ya 2 əsərinin fotosunu 12 iyun 2020-ci il tarixə qədər Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan şəhər Rəsm Qalereyasının facebook səhifəsinin mesaj bölməsinə göndərməklə iştirak edə bilər.

*Müsabiqə iştirakçılarının yaş həddi – 8 -18;

*Material və texnika sərbəstdir;

*Müsabiqəyə vətənpərvərlik mövzusunda işlənmiş əsərlər qəbul olunur;

*Müsabiqə “Covid-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ilə əlaqədar onlayn şəkildə keçiriləcək.Qaliblər münsiflər heyəti tərəfindən müəyyən olunacaq, nəticələr Mərkəzin və Qalereyanın facebook səhifəsində açıqlanacaq.

Qaliblər fəxri fərman və hədiyyələrlə təltif olunacaq.