Muzey

Heydər Əliyev mərkəzinə gələn hər bir tamaşaçının diqqətini ən çox cəlb edən fenomen şəxsiyyətin şərəfli ömür yolundan bəhs edən ekspozisiya zalıdır. Ekspozisiya sahəsi 365 m2-dir. Mərkəzə daxil olan tamaşaçılar ilk olaraq ulu öndərin qranitdən qoyulmuş büstünü ziyarət edir. Sonra Mərkəzin foyesinə xüsusi gözəllik verən ümummilli liderin və xanımı akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, onun xanımı Mehriban Əliyevanın tunc heykəlləri ilə tanış olurlar. Mərkəzdə 1132 eksponat əsas fonda keçirilmiş, bunların 236-sı ekspozisiya zalında nümayiş olunur. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən bu eksponatlar - fotoşəkillər, fəxri fərmanlar, orden və medallar, o cümlədən mükəmməl yazılmı kitablar 5 bölmə üzrə xronoloji ardıcıllıqla nümayiş olunur. Bu bölmələrin hər biri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini - uşaqlıq və gənclik illərini, Azərbaycana rəhbərlik etdiyi dövr, fəaliyyətinin Moskva dövrü, Naxçıvanda işlədiyi illər, prezidentlik fəaliyyətinin birinci və ikinci dövrü, müstəqillik illərində Şirvana gəlişini əks etdirir. Bölmələrdə lövhələrin üzərində ümummilli liderin kəlamları yer almışdır ki, bu kəlamlar da həmin bölmənin məzmununu əks etdirir. Foyedə dahi liderimizin fəaliyyətinə dair sənədlər və kitablar yer alıb.