Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Heydər Əliyev Mərkəzi bildirir: Yeni Azərbaycan Partiyasının təsis olunması münasibəti ilə tədbir keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Heydər Əliyev Mərkəzi bildirir: Yeni Azərbaycan Partiyasının təsis olunması münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Herdər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla taniş olublar. Heydər Əliyev Mərkəzində keçirilən ümumşəhər tədbiri dövlət himninin ifası ilə başlayıb. Tədbir İştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən bahs edən "Xilaskar" adlı sənədli filmə tamaşa ediblər. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Partiyanın qurucusu ulu öndər Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişən YAP fəallarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar edilib.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə İctimai-siyasi vəziyyətdən, partiyanın keçdiyi tarixi inkişaf yolundan,dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində ulu öndərin tarixi xidmətlərindən danışıb.Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına Yeni Azərbaycan Partiyası kimi bir təşkilatı və müstəqil dövlətçilik ideyalarına sədaqətlə xidmət edən siyasi varis, planetar təfəkkürlü İlham Əliyev kimi siyasi dövlət xadimini bəxş etdiyini qeyd edib. Bu iki amilin Azərbaycan xalqının xoşbəxtliyini, qüdrətini və zəngin xəzinəsinı təşkil etdiyini və onu ardıcıl zəfərlərə aparan başlıca qüvvə olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, dövlət başçısının dünyanın ən nüfuzlu televiziya kanallarına verdiyi müsahibələri, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla təmin edilməsini, əsgər və zabitlərimizin yüksək vətənpərvərlik ruhunu 44 gün davam edən Vətən müharibəsində ardıcıl zəfərlərin əldə olunmasını təmin etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədr avəzi Paşa Nəbiyev, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Yeni Azərbaycan Partiyasınin yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər. Ulu öndər Heydər Əliyev haqqinda xatirələrini bölüşdülər.Sonra tədbir iştirakçıları şəhərin mərkəzində Şirvan şəhərindən I və Il Qarabağ müharibəsində həlak olan hər bir şəhidin adının əbədiləşdirilməsi məqsədilə quraşdırılmış və daim fəaliyyət göstərən müasir monitorla tanış olublar, şəhidlərin fotolarının və haqqında məlumatların təqdim olunduğu monitora tamaşa ediblər. İcra başçısı İlqar Abbasov məktəblilərin də vaxtaşırı monitoru ziyarət etməsini və onların da şəhidlər haqqında məlumatlarla tanış olmalarınin təşkil edilməsini təhsil işçilərinə tövsiyə etdi.

Sonra tədbir iştirakçıları Şirvan Şəhidlər Xiyabanını ziyarət ediblər. Öncǝ Şirvan şəhərindən IQarabağ müharibəsində itkin düşən şəhidlərin xatirǝ lövhəsi, sonra isə hər bir şəhid məzarı ziyarət edilərək, önünə tər qərənfillər qoyulub, ruhlarına dualaredilib. Sonra Şəhidlər Xiyabanında ucalan "Şəhid anası" abidəsi ziyarət edilib. Abidə önündə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, I Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı İradə Atayeva və digər YAP fəalları çıxış edərǝk Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 29 il ərzində qazanılan uğurlardan, Vətən müharibəsində Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq nəticəsində qısa müddətdə torpaqlarımızın azad edilərək Böyük Zəfərin Əldə edilməsinin əhəmiyyətindən danışıblar. Bu qələbənin təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin tarixi xidmətlərini qeyd ediblər. Qələbənin əldə olunmasında Yeni Azərbaycan Partiyasının sədrinin və üzvlərinin apardığı ideoloji işdən danışıblar. Şəhid anaları şərəfinə ilk olaraq Şirvan şəhərində ucaldılan "Şəhid Anası" abidəsinin önəmini vurğulayıblar. Şəhidlərin xatirəsini bir daha anıb, ruhuna dualar ediblər.

Daha sonra tədbir iştirakçıları əsaslı təmir edilən Məhəmməd Füzuli adina parkda şəhər sakinlərinin mədəni istirahəti üçün yaradılan şəraitlə tanış olublar. Orada Vətən müharibəsində qələbəyə həsr olunmuş "Zəfər abidəsi"ni ziyarət ediblər. Abidə önündə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısi İlqar Abbasov parkda aparılan abadlıq-quruculuq işləri, yeni salınan "Zəfər abidəsi" barədə məlumat verib.Şirvan Şəhər İcra Hakimiyyətinin başçısi və tədbirdə çıxış edən digər YAP fəalları şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə, Məhəmməd Füzuli adina mədəniyyət və istirahət parkinin əsaslı təmirinə, "Zəfər abidəsi"nin ucaldılmasına görǝ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.