19 noyabr 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaranmasınının 29-cu ili münasibəti ilə "Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır" adlı tədbir təşkil edildi.

19 noyabr 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaranmasınının 29-cu ili münasibəti ilə "Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır" adlı tədbir təşkil edildi.

19 noyabr 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaranmasınının 29-cu ili münasibəti ilə "Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır" adlı tədbir təşkil edildi. Tədbiri açıq elan edən Mərkəzin direktor ə.e F.Yahyayeva Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevin olduğunu bildirdi. Daha sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı Gənclər Birliyinin sədri Nəmini Nəmidəyə verildi. Nəmidə xanım çıxışında 1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsinin respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olmasından bəhs etdi. Növbəti çıxış Şirvan şəhər M.İsrailov adına 18 saylı təbiət, humanitar təmaüllü məktəb-lisseyinin tarix müəllimi Həziyeva Vüsaləyə verildi. Tarixçi çıxışı zamanı 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşduğunu, Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə etəmisi vurğuladı. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Tədbir Şirvan şəhər 21 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya ilə davam etdi.