29 dekabr 2020-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şabran rayon Heydər Əliyev Mərkəzinin birlikdə təşkilatçılığı ilə, Respublikamızda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar “Düşmən üzərində zəfər həmrəyliyimizin bəhrəsidir” mövzusunda videokonfrans keçirildi.

29 dekabr 2020-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şabran rayon Heydər Əliyev Mərkəzinin birlikdə təşkilatçılığı ilə, Respublikamızda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar “Düşmən üzərində zəfər həmrəyliyimizin bəhrəsidir” mövzusunda videokonfrans keçirildi.

29 dekabr 2020-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şabran rayon Heydər Əliyev Mərkəzinin birlikdə təşkilatçılığı ilə, Respublikamızda fəaliyyət göstərən Xaçmaz, Qusar, Zərdab, Neftçala, Salyan, Sabirabad, Hacıqabul, İsmayıllı, Lerik, Ağcabədi Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar “Düşmən üzərində zəfər həmrəyliyimizin bəhrəsidir” mövzusunda videokonfrans keçirildi. Konfransda Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdülrəhmanova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Şabran rayon Gənclər İdman İdarəsinin əməkdaşı Musa Hüseynov, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Salyan Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Lerik rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyevanın məruzələri dinlənildi. Çıxışlarda qeyd edildi ki, bizi xoşbəxt xalqa çevirən bu günki Qələbəmiz məhz Milli Həmrəyliyimizin sayəsində mümkün oldu. 1989 -cu ildən başlayan və Ulu öndər Heydər Əliyevin hələ Naxçıvanda Ali Məclisin Sədri olarkən qəbul olunan 6 bənddən ibarət qərar dahi şəxsiyyətin xalqa millətə olan sevgisinin nümunəsi idi.Bu addım isə müstəqilliyə doğru irəliləyən ölkəmizin başlanğıc bünövrəsi idi.Bu yolda Həmrəy olub Cənab Prezidentimiz İlham Əliyevin ətrafında birləşib Heydər Əliyev yolu ilə getməyimiz bizi zəfərə çatdırdı. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız “Vətən” dedi, hamı Azərbaycan amalı ətrafında səfərbər oldu. Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi - bu üçlük dəmir yumruq kimi birləşdi. Ən böyük xəyallarımız gerçəyə çevrildi, ən müqəddəs arzumuza qovuşduq – Vətənimiz azad oldu. Bildirildi ki, 2020-ci il tarixə qızıl hərflərlə yazıldı və gələcək nəsillərimiz tərəfindən böyük fəxarət və qürur hissi ilə xatırlanacaq bir il oldu.