"Azərbaycan və Ukrayna arasında dostluq və mədəni əlaqələr mövzusunda" videokonfrans

 "Azərbaycan və Ukrayna arasında dostluq və mədəni əlaqələr mövzusunda" videokonfrans

12.09.2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı həmçinin Azərbaycan Xalça Muzeyi və regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərəzlərinin (Sumqayıt, Qaradağ, Şirvan, Xızı, Neftçala, İsmayıllı,Qax, Qusar, Zaqatala, Qəbələ, Salyan, Saatlı, Şəki, Tovuz, Ağstafa,Şəmkir, Ağdam, Mingəçevir,Ucar,Yevlax,Lənkəran,Lerik,Astara,Cəlilabad,Sabirabad, Siyəzən) birgə təşkilatçılığı ilə və Gəncə şəhər Mərkəzi Kitabxananın K.A.A. şöbəsinin dəstəyi ilə "Azərbaycan və Ukrayna arasında dostluq və mədəni əlaqələr mövzusunda" videokonfrans təşkil edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bütün konfrans iştirakçılarını salamladı və Azərbaycan və Ukrayna arasındkı dostluq əlaqələrinin günümüzdə daha da yüksək səviyyəyə yüksəlməsindən geniş bəhs etdi. Daha sonra söz Ukrayna tərəfdən qoşulan iştirakçılardan Ukraynada "bazar günü məjtəbi"nin ilk muəllimlərindən, Ukraynada "Xatai" Azərbaycan disapora cəmiyyətinin tərkibində ilk qadın cəmiyyəti "Aynur Xatun" qadın cəmiyyətinin yaradıcısı Kifayət Cəfərovaya verdi. Kifayət xanım öz çıxışında qərib ölkədə qədim və zəngin Azərbaycan mədəniyyətini təbliğ etməyin çətinliyindən və nə qədər şərəfli bir olmasından bəhs etdi.

Azərbaycan Xalça Muzeyinin Beynəlxalq əlaqələr və İnnovasiya şöbəsinin müdiri Firahnaz Musayeva qonaqlara və tədbir iştirakçılarina Azərbaycan xalça mədəniyyətindən geniş bəhs etdi və Ukraynanın birinci xanımı Yelena Zelenskayanin Xalça Muzeyimizə duyduğu maraqdan və ölkələrimiz arasında mövcud mədəni əlaqələrdən ətrafli məlumat verdi.

"Xarkov sizinlə" xeyriyyə fondunun direktoru Rofe-Beketova Olena Fyodrovna, incəsənət birliyinin üzvü, yazıçı, şair, tərcüməçi Nataliya Pavlova öz çıxışlarında Azərbaycanla və zəngin mədəniyyəti ilə bağlı xoş təəssüratlarını bölüşdülər. Tədbirin araya -ərsəyə gəlməsində Ukrayna tərəfdən xüsusi zəhməti olan Kiyev Milli Texnologiya və Dizayn Universitetinin elmler namizədi Elnarə İsgəndərova xüsusən milli geyimlərimizin burada tanıdılması və elmi cəhətdən araşdirilmasindakı işlərindən bəhs etdi.

Daha sonra çıxış alan Qax Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Ömərova, Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov, Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Əbdurrəhmanova, Saatlı Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev öz çıxışlarında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hələ zamanında Ukrayna ilə hərtərəfli münasibətlərin xüsusilə iqtisadi və mədəni əlaqələrin genişlənməsinə yüksək dəyər verdiyini, hər zaman diqqətində saxladığını və Ukrayna ilə münasibətlərin bu gün də ən yaxşı şəkildə davam etdirildiyini vurğuladılar.