Şirvan, Şabran və Ağdam Heydər Əliyev Mərkəzlərinin birlikdə təşkilatçılığı ilə və gənclərin iştirakı ilə “Heydər Əliyevin siyasi irsi: millilik və bəşərilik” mövzusunda onlayn videokonfrans keçirildi.

Şirvan, Şabran və Ağdam Heydər Əliyev Mərkəzlərinin birlikdə təşkilatçılığı ilə və gənclərin iştirakı ilə “Heydər Əliyevin siyasi irsi: millilik və bəşərilik” mövzusunda onlayn videokonfrans keçirildi.

08 sentyabr 2020-ci il tarixdə Şirvan, Şabran və Ağdam Heydər Əliyev Mərkəzlərinin birlikdə təşkilatçılığı ilə və gənclərin iştirakı ilə “Heydər Əliyevin siyasi irsi: millilik və bəşərilik” mövzusunda onlayn videokonfrans keçirildi. Konfransda Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov, Şirvan şəhərinin İctimai-fəal gənci, Çağdaş Gənclər Portalının təsisçi və rəhbəri Həsən Hüseynov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsi Zaidova Mehriban, Şabran rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Musa Hüseynov, Şabran rayon Heydər Əliyev Mərkəzinin könüllüsü Merac Ömərov, Ağdam rayon Döyüş Şöhrəti muzeyinin direktoru Sahib Məmmədov, Ağdam rayon Zəngilaşı kənd Mədəniyyət Evinin direktoru Fikrət Əliyev və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin işıqlı gələcəyinə aparan yol Heydər Əliyev ideyalarına sədaqətdən keçir. Heydər Əliyev bugünkü Azərbaycanın inkişafının təməlində dayanan bir amildir. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün canlı örnəkdir. O, qüdrətli dövlət xadimi, sadə bir azərbaycanlı kimi könüllərdə özünə əbədiyyət qazanmışdır. Bildirildi ki, bu gün Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevi ümummilli lider Heydər Əliyevlə birləşdirən bir çox ümumi cəhətlər vardır. Bu, ilk növbədə vətən, dövlət və millət qarşısında məsuliyyət hissidir.