"Gənc Heydərçilər" dərnəyi

Dərnək 2014-cü ildən fəaliyyət göstərir. Orta məktəb şagirdlərindən ibarət olan dərnəyin 40 üzvü vardır. Dərnək üzvlərinə Mərkəzin direktoru Aynur Fərzəliyeva tərəfindən ayda 4 dəfə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məşğələlər keçirilir."Gənc Heydərçilər" dərnəyinin tədris müddəti on aydır.

"Heydərsevərlər" dərnəyi

Şəhər gənclərindən ibarət olan dərnəyin 17 üzvü vardır. Üzvlər ay ərzində iki dəfə toplanaraq Mərkəzin direktoru Aynur Fərzəliyeva tərəfindən vətənpərvərlik ruhunda və Ulu Öndərin ölkəmizi qurub yaratmaq istiqamətində gördüyü misilsiz xidmətlərindən bəhs edən məşğələlər keçirir, hərbi hissələrə səfərlər edir, şəhid ailələri ilə görüşürlər.