Ermənistan təcavüzünün nəticələri

Şirvan şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu Şəhidlər xiyabanını hər il minlərlə gənc, sakin, qonaq böyük ehtiramla ziyarət edirlər. Qarabağ uğrunda gedən azadlıq savaşında Şirvan şəhərindən 157 nəfər şəhid olmuşdur ki, onlardan 3 nəfəri ölümdən sora Milli Qəhrəman adına layiq görülmüşdür.

1. Tahir Əminağa oğlu Bağırov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Tahir Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olmuşdur. Şirvan şəhərində 1974-cü ildə 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdi. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləmişdir. Milli Ordu hissələri təşkil edilməyə başlananda ordu sıralarına qoşulmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir Bağırov təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmışdi. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir. 1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şirvan şəhərində yaşadığı küçəyə,11 saylı və 59 saylı orta məktəbə onun adı verilib.

2. Rəfael Sərafət oğlu Həbibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rəfael Həbibov 1964-cü il aprel ayının 4-də Şirvan (Əli Bayramlı) şəhərində anadan olmuşdur. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə məhv edir. 1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur. Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır.

3. Nofəl Zahid oğlu Quliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. 1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur. Nofəl Zahid oğlu Quliyev az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçdilər. Dinc sakinləri döyüş zonasından çıxarmaq lazım idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından çıxarıb təhlükəsiz yerə aparırdı. Yorulsa da köməyə ehtiyac olduğundan yenə geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamların xilası uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə girdi. Neçə-neçə adamı ölümün pəncəsindən qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Vaxtı ilə təhsil aldığı Şirvan şəhər 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur.

Şirvan şəhərinin şəhidləri

1.Nofəl Zahid oğlu Quliyev

2. Tahir Əminağa oğlu Bağırov

3. RafaelŞarafət oğlu Həbibov

4. Sahib Əliheydər oğlu Zeynəlov

5. Teymur Əbülfəz oğlu Bağırov

6. İlham Səfər oğluHümbətov

7.Telman Rəşid oğlu Bağırov

8. Elman Kamal oğlu Talıbov

9. Kamil Fazil oğlu Əliyev

10. Mais İdris oğlu Əliyev

11. Rövşən Əliniyaz oğlu Abdullayev

12.Əliheydər Əliyağa oğlu Kazımov

13. Hamlet Səlim oğlu Səlimov

14. Mahmud Qələndər oğlu İbrahimov

15. Ələkbər Fəzail oğlu Bağırov

16.Ramazan Şahhüseyn oğlu Mirzəyev

17. Əflətun Ağagəldi oğlu Ağayev

18. Fariz Əlifağa oğlu Eynullayev

19. Arif Səməd oğlu Xəlilov

20. Tofiq Tərlan oğlu Əliyev

21. Mübariz Baba oğlu İsrafilov

22. Çingiz Qəribxan oğlu Musayev

23.Abdulla Rauf oğlu Zeynəlov

24. Qalib Qafar oğlu Cabbarov

25. Rafiq Müslüm oğlu Nuriyev

26.Akif Xanoğlan oğlu Cəfərov

27. Elşən Allahqulu oğlu Məmmədov

28. Dünyamin Məmməd oğlu Musayev

29.Musa Rahil oğlu Abdullayev

30.Fexreddin Vahab oğlu Əmhmmədov

31.Yusif Aydın oğlu Bağırov

32.Elçin Qaedaşəli oğlu Azadov

33.Elnur Şakir oğlu Abdullayev

34. Yaqub İsa oğlu Həsənov

35. Natiq Həzi oğlu Quliyev

36.Faiq Əlibala oğlu Cavadov

37. Əli Əlikiram oğlu Eyvazov

38. Əkrəm Əkbərhüseyn oğluHətəmov

39. Vahid İsrail oğlu İbadov

40.Elşad İsmayıl oğluƏsədov

41 Bəhruz Misir oğlu Aslanov

42. Byram Rəhman oğlu Hüseynov

43. Vahid Sarıbala oğlu Mikayilov

44. Akşin İnqilab oğlu Səmədov

45. Fəxrəddin Xanış oğlu Hümbətov

46. Şərbət Həbib oğlu Usubov

47. Mftun Əlövsət oğlu Osmanov

48. Vüqar Yadigar oğlu Kərimov

49. Vüqar Bəli oğlu Cəbrayılov

50. Vüqar Bilman oölu Səfərov

51. Rövşən Zakir oğlu Məmmədov

52. Rafət Məmməd oğlu Əsədov

53. Şakir Qüdrət oğlu Hətəmxanov

54. Ərzulla Buludxan oğlu Qəniyev

55. Malik Sadıq oğlu Tağıyev

56. Əhəd Həsənalı oğlu Məmmədov

57.Oleq Nikolayeviç Momontov

58.Fadil Adil oğlu Atakişiyev

59. Əli Vəli oğlu Məmmədov

60.Mehman Ağadadaş oğluHüseyinov

61. İmran Nərman oğlu Quliyev

62. Cəmaləddin Mətləb oğlu Əliyev

63. Tərlan Qurbanxan oğlu Mirzəyev

64. Məhəbbət Tapdıq oğlu Mürsəlov

65. Nizami Fərzi oğlu Yolçuyev

66. Faiq Qarakişi oğlu Kərimov

67.Məhərrəm Mehdi oğlu Abbasov

68. Mahir Talıb oğlu Mirzəyev

69. Məhəmməd Rəsul oğlu Rəsulov

70. Mayılxan Məmmədəli oğlu Məmmədov

71. Loğman Bala oğluXankişiyev

72. Aleksandır Kamran oğlu Qurbanov

73. İsaq Allahverdi oğluFerecov

74. Elsəvər Akif oğlu Binyatov

75. Mahir Əhməd oğlu Əfəndiyev

76. Arif Əli oğlu Qənbərov

77.Barat Gülağa oğlu Mütəlimov

78. ElxasElyas oğlu Bəşirov

79. Aslan Heydər oğlu Müqəddəmi

80. Natiq Əsəd oğlu Bayramov

81. Alim Əlibala oğlu Bağırov

82. MaarifAtakişi oğlu İsmayılov

83. Mirzəxan Rıza oğlu Qədirov

84. Taleh Yaqubəli oğlu Ələkbərov

85. Sərvər Ərəb oğlu Babayev

86. Elşad Şamil oğlu Əzimov

87. Nuhi Tahir oğlu Rəhimov

88. Rövşən Səfərağa oğluCəfərov

89. Həsən Tofiq oğlu Hüseyinov

90. Mərdan Nəcəf oğlu Səmədov

91. Rafiq Müzəffər oğlu Əhmədov

92. Maarif Vaqif oğlu Aydınov

93. Həsən Tofiq oğlu Rəhimov

94.Çingiz Ağasəlim oğlu Məmmədov

95. Əmrulla Rufulla oğluİbrahimov

96. Fərman Qardaşəli oğlu Quliyev

97. Vidadi Həsənağa oğluZeynalov

98. Həsənalı Kommunist oğlu Ağayev

99. Rahim Ələddin oğlu Quliyev

100. Namiq Əizağa oğlu Əkbərov

101. Azad Şakir OğluSəttarov

102. Cəlal Sədi oğlu Məmmədov

103. Araz Həsən oğlu Quliyev

104. Məhəmməd Muradov

105. Abbasağa Əsədullayev

106.Rahil Rafiq oğlu Ərəbli

İtkinlərimiz

1.Hikmət Tarıverdi oğlu Qafarov

2. İlqar Əlipaşa oğlu Əhmədov

3. Azər Vahid oğlu Məmmədov

4. Elman Almaz oğlu Çıraqov

5. EldənizArif oğlu Abdullayev

6. Taleh Şahbala oğlu Səmədov

7. Rafiq Sabir oğlu İmanov

8. Azad Məmmədağa oğlu Hüseyinov

9. Faiq Səmid oğlu Balaşov

10. Telman Nurməmməd oğlu Babayev

11. İlqar İlham oğlu Həsənov

12. Yusif Təzəxan oğlu Ağayev

13.Məhəmməd Yadulla oğlu Zeynəlov

14. Əlibəy Əlibəndə oğlu Həsənov

15. Kamal Mehdi oğlu Qədirov

16. Sabir Şahməmməd oğlu Atakişiyev

17. Ramil Cəsayıl oğlu Kazımov

18. Əli Sabir oğlu Abışov

19. Əhməd Məcid oğlu Məcidov

20. Hafiz Adıböyük oğlu Əliyev

21. Mirağa Mirsadıq oğlu Mirsadıqov

22. Rəsul Babaxan oğlu Ağayev

23. Cəmil Nizami oğlu Rəhimov

24. Elçin Nuhbala oğlu Xəlilov

25.Müslüm İsmayıl oğlu Allahverdiyev