Mərkəzin binası

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin binasının müasir orijinal layihə əsasında inşasına 2008-ci ildə başlanılmış, açılışı 2010-cu il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şirvan şəhərinə tarixi səfəri günündə olmuşdur. Mərkəz Şirvan memarlıq məktəbinin ənənələrinə və müasir memarlıq üslubuna uyğun 450 kvadrat metr sahədə inşa edilib. Fasad hissələr yüksək keyfiyyətli ağ lay daş və qranit plitələrlə üzlənib. Mərkəzin ətrafında 3400 kvadrat metr sahə abadlaşıb, burada dekorativ ağac və gül kolları əkilib, çəmənliklər salınıb, müasir işıqlandırma sistemləri, oturacaqlar quraşdırılıb. Hündürlüyü 7 metr olan binanın portalı 9 metrdir. Bina səkkizguşə formasındadır. Fəsadın bəzək elementləri axşam işıqlanması zamanı binanı daha əzəmətli göstərir. Binanın daxilində əsas ekspozisiyaların yerləşdirilməsi üçün büş guşə və zal var. Zalda ulu öndər Heydər Əliyevin əzəmətli büstü və miniatür heykəllər qoyulub. Burada konfrans zalı, kitabxana, kompyuter otağı var. Mərkəz M.Ə.Rəsulzadə prospekti 8-də yerləşir.

Foye

Konfrans zalı

Kitabxana

Kompyuter otağı