İnsan hüquqlarının təmin edilməsi Azərbaycan Dövlətinin ali məqsədidir

İnsan hüquqlarının təmin edilməsi Azərbaycan Dövlətinin ali məqsədidir

21.05.2020-ci il tarixində Ombudsman Gəncə Regional Mərkəzi və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili tərəfində elan olunmuş 18 may - 18 iyun insan hüquqları aylığı çərçivəsində qərb bölgəsi üzrə Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə "İnsan hüquqlarının təmin edilməsi Azərbaycan Dövlətinin ali məqsədidir" mövzusunda videokonfrans keçirildi. Videokonfransda, Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək - insan hüquqlarının qorunması və bu sahədə həyata keçirilən tədbirlərdən danışdı. Daha sonra Mərkəzlərin mövzu ətrafında sualları və çıxışları dinlənildi.