9 May - Qələbə Günü

Hər il may ayının 9-u ölkəmizdə faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Azərbaycan həm ön cəbhədəki döyüşçülərinin qəhrəmanlığı, həm də arxa cəbhədəki insanların fədakar əməyi ilə bu qələbəyə böyük töhfə vermişdir.

Şəmkir Heydər Əliyev Mərkəzi xalqımızı bəşər tarixinin ən qanlı müharibəsində faşizm üzərində qazanılan Qələbə Günü münasibətilə təbrik edir, vətənimizə qələbə müjdəli sabahlar arzu edir.