Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrləri haqqında mükəmməl məlumat verilməsini təmin etmək məqsədilə müasir muzey texnologiyalarından səmərəli istifadə təşkil edilmişdir.Birinci mərtəbə boyu yüksələn yarımdairəvi pilləli yol boyu qurulmuş monitorlar bizi Heydər Əliyevin həyat və fəaliyyətinin əsas dövrləri ilə tanış edir.Ulu Öndərin həyatını əks etdirən bu yol ilə irəlilədikcə onun yüksəlişini,Azərbaycan tarixinin İkinci Dünya müharibəsindən sonrakı tarixinin bütün mərhələlərində onun əvəzedilməz rolunu görmək mümkün olur.Böyük monitorlarla birgə,kiçik monitorlarda Heydər Əliyevin həyat və fəaliyyətinin müvafiq dövrünə aid nadir şəkillər nümayiş etdirilir.

Birinci monitor. Bu monitorda Heydər Əliyevin həyat və fəaliyyətinin 1923-1969-cu illəri əks edilmişdir. Heydər Əliyev hələ kiçik yaşlarından fitri istedadı ilə müəllimlərinin diqqətini cəlb etmişdir. 1936-1939-cu illərdə Pedaqoji Texnikumda, 1939-1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsil almışdır. Lakin ali təhsil illəri müharibə ilə əlaqədar olaraq yarımçıq qalmış,sonrakı illərdə Ulu öndər dövlət işlərində çalışmağa başlamışdır. Dövlət təhlükəsizlik orqanlarında gərgin və uğurlu fəaliyyəti nəticəsində Heydər Əliyev qısa bir dövr ərzində Azərbaycan təhlükəsizlik orqanlarının rəhbəri vəzifəsinədək yüksəlmişdir. Ulu öndər 1964-1967- ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini,1967-1969-cu illərdə isə sədri olmuşdur. Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsi ilə xalqımızın həyatında yeni bir dövr başlamışdır.

İkinci monitor. Bu monitorda Ulu öndərin Azərbaycana birinci rəhbərlik dövrü- 1969-1982- ci illər əks olunmuşdur. Heydə Əliyevin Azərbaycana rəhbərliyi dövründə Respublika qısa bir dövr ərzində SSRİ-nin geridə qalmış müttəfiq respublikasından qabaqcıl bir respublikasına çevrilmişdir. Respublikada sənaye, kənd təsərrüfatı,mədəniyyət sahəsində böyük uğurlar əldə edilmiş,tikinti işləri genişləndirilmişdir, yeni istehsal sahələri yaradılmış, SSRİ-nin qabaqcıl ali məktəblərində azərbaycanlı gənclərin təhsil alması təmin edilmiş, Naxçıvanski adına hərbi internat açılmışdır və s. Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilmiş misilsiz tədbirlər Azərbaycanda milli şüurun oyanmasına, sonrakı tarixi dövrdə müstəqillik əldə etməsində mühüm zəmin olmuşdur. Azərbaycana rəhbərlik dövründə həyata keçirdiyi tədbirlər Heydər Əliyevin SSRİ-nin ən nüfuzlu rəhbərlərindən biri kimi şöhrətlənməsinə səbəb oldu. Bunun nəticəsi idi ki,öndər 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir.Beləliklə, Heydər Əliyevin həyatında yeni bir dövr-Moskva dövrü başlamışdır.

Üçüncü monitor. Bu monitorda Heydər Əliyevin həyatının 1982-1987-ci illəri əks edilmişdir. Ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkə həyatının ən mühüm sahələrinə-nəqliyyat, səhiyyə, təhsil və s.sahələrinə rəhbərlik etmişdir. SSRİ-nin o zamankı rəhbəri Qarbaçovun Heydər Əliyevə qarşı təqibi 1987-ci ildə onun məcburən istefaya göndərilməsi ilə nəticələnmışdir. Heydər Əliyevə qarşı sözün əsl mənasında dövlət təqibi, onun istefasından sonra da davam etdirilmişdir.

Dördüncü monitor. Bu monitorda Heydər Əliyevin həyatının 1987-1990-cı illər dövrü əks edilmişdir. Ulu öndər bu dövrdə bütün təqiblərə dözmüş, Azərbaycanın həyatının bütün sahələrini izləmiş, daima xalqın arzu və isdəklərini müdafiə etməyə çalışmışdır. Bu 1990-cı il 20 yanvar hadisələri zamanı özünü bir daha göstərdi. Heydər Əliyev hörmətli İlham Əliyevlə birgə, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək çıxış etmiş, xalqla birlikdə olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Beşinci monitor. Bu monitorda Ulu öndərin həyatının 1990- 1993- cü illəri və Naxçıvan dövrü əks edilmişdir.

Altıncı monitor. Bu monitorda Ulu öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən başlayaraq, Azərbaycana ikinci rəhbərliyi- 1993- 2003-cü illər dövrü əks edilmişdir.

Yeddinci monitor. Ulu öndərin hamıya örnək olan həyatı,zəngin dövlətçilik təcrübəsi və möhtəşəm irsi onun siyasətinin davam etdirilməsini həyati zərurətə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir və onu daima yeni ideyalarla zənginləşdirir. Bu monitorda Ulu öndərin yolunun davam etdirilməsi və bu yolda əldə edilən uğurlar əks edilmişdir.

Səkkizinci monitor. Heydər Əliyev Azərbaycana rəhbərlik dövründə həyatın bütün sahələrində həyata keçirdiyi siyasəti ilə bütün dünyada geniş şöhrət qazanmış, müasir dünyanın ən nüfuzlu liderlərindən birinə çevrilmişdir. Ona görə də dünyada Heydər Əliyevin adı, həyatı və siyasəti daima xoş sözlərlə qiymətləndirilmiş və xatırlanmışdır. Bu monitorda dünya liderlərinin Ulu öndər haqqında fikirləri əks edilmişdir.

İkinci mərtəbə

İkinci mərtəbə ilə əvvəlcədüz,sonra isə sol tərəfə olmaqla kabinetlər yerləşir.

Birinci kabinet.Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan dövrdəki ( 1967-1969 ) iş otağı.

İkinci kabinet.Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründəki (1969-1982 ) iş otağı.

Üçüncü kabinet.Heydər Əliyevin SSRİ.Nazirlər Soveti Sədrinin birinci müavini (1982-1987)olduğu dövrdəki iş otağı.

Dördüncü kabinet.Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründəki ( 1990-1993 ) iş otağı.

Beşinci kabinet.Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidentliyi dövründəki (1993-2003 ) iş otağı.

Altıncı guşə.Ulu Öndərin evindən bir hissənin görünüşü.