Şəmkir rayon Heydər Əliyev Mərkəzinin nəzdində kitabxana fəaliyyət göstərir ki, bu kitabxana Şəmkir şəhərində əhalinin kitab və digər informasiya axını ilə təmin olunmasında mühüm rol oynayır. Kitabxana ümumilikdə 97 bölmədə yerləşən 17 min kitab və digər qəzet, jurnal və çap materialları ilə oxuculara xidmət edir. Həmçinin kitabxana 15 ədəd komputer dəsti ilə təchiz edilmiş,internet sisteminə qoşulmuş, oxuculara daha keyfiyyətli və sürətli xidmət məqsədilə müasir texnologiya vasitələri ilə də təmin olunmuşdur.