Qalereya

Mərkəzin qalereya (sərgi ) zalında mütəmadi olaraq bir sıra sərgilər təşkil olunur. Eyni zamanda qalereya zalında Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə (1969-1982) göstərişi ilə tikilmiş binaların maketləri də sərgilənir. Bundan əlavə qalereya zalında “Heydər Əliyev irsi I cild”, “Heydər Əliyev irsi II cild” və “Heydər Əliyevin müdrik fikirləri” adlı elektron kitabxana da yerləşdirilmişdir.